sosiometriya
sosisxana
OBASTAN VİKİ
Ağ sosiskalar ekvatoru
Ağ sosiskalar ekvatoru (alm. Weißwurstäquator‎) — Bavariya və Almaniyanın digər yerləri arasında yerləşən təqribi yumoristik sərhəd. Bu sərhəd Münhenin mədəni sərvətlərindən sayılan ağ sosiskaların yayılma arealını nümayiş etdirir. == Ekvatorun mövqeyi == Bu ekvatoru adətən Dunay çayı boyunca təsvir edirlər, amma belə bir sərhəd Aşağı Bavariya və Yuxarı Pfalts ərazilərini əhatə etmir. Bəzən bu ekvatoru 49-cu enlikə (İnqolştadtdan şimala) aid edirlər. Bəzi yerlərdə isə bu ekvatoru Münhendən 100 kilometr aralıdakı zonaya aid edirlər hası ki, Yuxarı Bavariyanın əsas hissələrini əhatə etmir. Alternativ versiyalara əsasən sözügdən ekvator Mayn çayı boyunca olan "Mayn xəttində" yerləşir, hansı ki, Şimali Almaniyanın dialekt paytaxtı sayılır. Digər versiyalara əsasən isə, Ağ sosiskalar ekvatoru Prussiya və Bavariyanın Avstriya ilə olan tarixi-siyasi sərhədində yerləşir, hansı ki, bu zona da "Mayn xətti" adanır. Belə olan tərzdə sərhədə Köhnə Bavariyadan başqa Baden-Byurtemberq və Frankoniyanın əsas hissələri də daxil olur, amma sözügedən ərazilər Bavariya ilə çox böyük mədəni fərqlərə malikdir və orada ağ sosiskalar məşhur deyil. Bu termindən həmçinin Almaniyanın şimal və mərkəz hissələrini ayırmaq üçün də istifadə olunur.
Sosiska
Sosis (fr. Saucisse) — tərkibində ət və müxtəlif ədviyyatların olduğu, bəzən çiy, bəzən də bişirilərək yeyilən məmulat. Tərkibində ədviyyat olduğu üçün ilk olaraq Orta Şərq və Çində hazırlandığı düşünülür. Ət mədəniyyəti yayılan hər bölgədə buna bənzər yeməklər görmək mümkündür. e.ə 500-cü illərin Çin və Yunan mənbələrində sosiska haqqında qeydlər mövcuddur. İlk sosisi 13 noyabr 1805-ci ildə Frankfurtdan Vyanaya köçmüş alman qəssab İohan Laner kəşf etmişdir. Sosisi kimlərin ixtira etdiyi barədə Frankfurt və Vyana şəhərləri arasında mübahisə olmuşdur. Frankfurtda sosis orta əsrlərdən hazırlanırdı. Vyana sosislərində çağdaş resept olan mal əti və donuz ətinin qarışığı işlənir. Sosis Alman mətbəxinin əsas tərkib hissələrindəndir.
Sosiskayabənzər barmaq
Daktilit (ing. dactylitis) – sosiskayabənzər barmaq – əl və ayaq barmaqlarının birində oynağın artriti, vətər yatağının və yumşaq toxumaların diffuz zədələnməsidir. AS üçün xarakterikdir. PsA və ReA-də müşahidə olunur.