sous-marin
soutenir
OBASTAN VİKİ
Sous
Sous, tərbiyə ya da yemək şirəsi — toxumlardan, tərəvəzlərdən, bitkilərdən xususi üsul ilə hazırlanmış maye ədviyyat. Fransızların dediyi kimi çox gözəl yemək bişirməyi və hazırlamağı öyrənə bilərsən, lakin sous düzəltmək Allahın verdiyi vergidir. Sous sözü də digər bir çox sözlər kimi bizim dilimizə fransızlardan keçmişdir və latın sözü sayılır. Salsa sözü qədim romalılarda duzlu məhlul, yəni bir sözlə izah etsək sous sözünü ifadə edirdi. Fransanın özündə souslar kulinariyanın ən yüksək zirvəsini qət edə bilmişdir, nəticədə fransız dilində sauce kimi ifadə olunan bu söz dünya ədəbiyyatında daxil olmuşdur. Birinci məşhur sous qarum adlandırılırdı və bu sous daha çox balıq yeməklərində, iksusda istifadə edilirdi. Qarumu daha çox kübar ailələrin nümayəndələri istifadə edirdi, çünki bu qida ən çətin hazırlanan xörəklər siyahısında yer alırdı. Ət və balıq məhsullarından hazırlanan yeməklərdə əlavə sous kimi istifadə edilirdi. Sousu çox vaxtlar duzun yerinə istifadə edirdilər. Qarum iri yırtıcı balıqlardan və skumbriya balığının günəşin altında qurudulmuş halından hazırlanırdı, eyni zamanda qızardılmışından da istifadə edilə bilərdi.
Pendirli sous
Pendirli sous -Hindistan mətbəxi. == Hindistan mətbəxi == Mətbəxin ən çox istifadə edilən ədviyyatları sarıkök, acı bibər, qara xardal tozu, zəncəfil, sarımsaq, hind zəfəranıdır. Hind mətbəxi şimal, cənub, şərq və qərb mətbəxləri olmaqla dörd hissəyə ayrılır. Hər mətbəxin özünəxas xarakteristikaları vardır. Şimali Hind mətbəxi süd məhsullarından çox istifadə edilməsi ilə digərlərindən fərqlənir. Qatıq, yağ və süddən geniş istifadə edilir. Şimali Hind mətbəxinin əsas yeməkləri mirch bada, buknu, bhujiya, Chaat, kachori, imarti sayılır. Qərb Hind mətbəxində balıq, hindistan qozu və düyüdən çox istifadə edilir. Cənubi Hind mətbəxi düyü, hindistan qozu, müxtəlif turşularla məşhurdur. Samosa: Şimali Hind mətbəxinə aiddir.