sporlu

sporlu
sporangi
sporofil
OBASTAN VİKİ
Qan sporluları
Qan sporluları lat. Haemosporidia müxtəlif onurğalıların və insanın paraziti olub, sahib dəyişməklə inkişaf edir. Onların qeyri-cinsiyyətli çoxalması onurğalılarda, cinsiyyətli çoxalması isə müxtəlif həşərat növlərində gedir. Parazit öz inkişaf prosesində bir sahibdən digər sahibə bilavasitə verildiyindən bunlarda spor mərhələsi yoxdur. Malyariya plazmodisi üçün əsas sahib Anopheles maculipennis, aralıq sahib isə insandır. İnsanda L.Plasmodium cinsinin 4 növü parazitlik edir: P.vivax, P.ovale, P.falciparum, malyariyanın 3 günlük forması P.malariae - 4 günlük forması adlanır. P.falciparum tropik malyariyanın törədicisidir. P.falciparum-un qandakı inkişafı 48 saat müddətində tamamlansa da, iki qızdırma tutması arasındakı müddət bəzən 24 saat ola bilər. İnsanda ən çox yayılan forması P.vivax-dır. Haemoproteidae Dolfein, 1916 Plasmodiidae Mesnil, 1903 Garniidae Lainsonm, Landau et Shaw, 1971 Leucocytozoidae Fallis et Bennet, 1961 Parazitin inkişaf dövriyyəsi belədir: 1.
Selikli Sporlular sinfi
Selikli Sporlular sinfi (lat. Myxosporıdıa ) — Heyvan qamçılıları yarımsinfinə aid olan sinif. Miksosporidilər, əsasən balıqlarda, qisməndə də suda-quruda yaşayanlarda və sürünənlərdə parazitlik edir. Bu parazitlərin 700-ə qədər növü məlumdur. Parazitlər balıqların əzələlərini, qəlsəmələrini, beynini, böyrəklərini, sidik kisəsini və digər orqanlarını zədələyərək, balıqçılıq təsərrüfatına böyük ziyan vururlar. Miksosporidilər inkişaflarının ilk mərhələsindən birnüvəli formada olurlar, sonradan isə protoplazma kütləsinə malik olan çoxnüvəli formaya keçir. Bədən boşluğunda yaşayan miksosporidilər çılpaq olub, amöbvarı hərəkət edir. Toxumalarda yaşadıqda isə onlar örtüklə əhatə olunurlar və bir neçə mm-dən bir sm-ə qədər ölçüyə malik olurlar . Balıqlar sporu udmaqla parazitə yoluxurlar . Balığıın bağırsağında həzm fermentlərinin təsirindən spor açılır və dalayıcı kapsula xaricə atılaraq bağırsağın divarına yapışır.
Sporlular
Sporlular və ya Apikomplekslər (lat. Apicomplexa) — İbtidailərin (lat. Alveolata) qrupuna daxil olan tipi. Bu tipin əsas əlaməti qeyri-cinsi çoxalma, cinsi çoxalma və spor əmələgətirmənin növbələşməsidir. Bu tipə daxil olan ibtidailərin hamısı parazit həyat keçirirlər. Əksər halda insan və heyvanlarda ağır xəstəliklər törədir. Tip 2 sinfə bölünür: koksidikimilər və qreqarinlər. Yeni təsnifata əsasən,bu tipin nümayəndələri Conoidasida, Aconoidasida və Blastocystea kimi 3 sinifdə qruplaşdırılmışdır. Bu tipə aid olan orqanizmlərin quruluşu çox sadədir. Onlarda həzm və ifrazat orqanları yoxdur.

Значение слова в других словарях