STALAKTİTLƏR

(yun. stalaktos-damcılarla sızma) karst mağaralarının tavanından döşəməyə doğru böyüyən, içi boş kövrək borucuq, buz lüləsi, saçaq və s. şəklində əhəngli-sızqa-damcı törəmələri. Mağaranın tavanından çatlarla suyun süzülməsi zamanı məhluldakı kalsium karbonatın çökməsi nəticəsində əmələ gəlir. Duz və gips mağaralarında bəzən damcı şəklində sallanan suyun buxarlanması nəticəsində əmələ gələn S. təsadüf olunur. сталактиты stalactites
STADİAL MOREN
STALAKTONLAR