stenokardiya

stenokardiya
stendli
stenoqal
OBASTAN VİKİ
Stenokardiya
Stenokardiya (lat. angina pectoris) — ürək xəstəliyi. Stenokardiya ürəyin işemik xəstəliklərindəndir. Stenokardiya və ya "döş inağı", adətən, döş sümüyünün arxasında tutmaşəkilli, sıxıcı, kəskin ağrı və narahatlıq hissi ilə, ağrının sol çənəaltı nahiyəyə, sol qola yayılması ilə müşayiət olunan xəstəlik halıdır. Bu ağrının yaranmasına səbəb ürəyi qidalandıran damarlarda qan dövranının pozulması və nəticədə oksigen çatışmazlığının baş verməsidir. Stenokardiya tutması bir çox hallarda ateroskleroz, koronar damar xəstəlikləri, fiziki və emosional gərginlik səbəbi ilə və ya idiopatik olaraq baş verir. Tütünçəkmə; Spirtli içkilərdən istifadə; Piylənmə (maddələr mübadiləsinin pozulması); Qan təzyiqinin yüksək olması; Şəkərli diabet (digər endokrin xəstəliklər); stress, emosional gərginlik Hava damcı yolu ilə olur. Patofiziologiyasının əsasında koronar damarlara bağlı olaraq baş verən işemiya durur. Elə xəstəliyin əsas əlaməti – döş sümüyü arxasındakı yandırıcı, göynədici ağrı da bununla əlaqədardır. Ağrı ən çox döş sümüyü arxasında hiss olunur.

Значение слова в других словарях