steppen

vt 1. sırımaq, sırıqlamaq; 2. (tanzen) step rəqsini oynamaq
Steppe
Steppke
OBASTAN VİKİ
Steppenwolf (musiqi qrupu)
Steppenwolf, 1968-1972-ci illərdə məşhur olan Kanada-Amerikan rok qrupu idi.Qrup 1967-ci ilin sonunda Los-Ancelesdə müğənni Con Key, klaviatura ifaçısı Qoldi MakCon və əvvəllər kanadalı Sparrows qrupundan olan təbilçi Cerri Edmonton tərəfindən qurulmuşdur. Gitarist Maykl Monarx və bas gitarist Raşton Moreve Los-Ancelesdəki səsyazma və musiqi alətləri mağazalarında yerləşdirilmiş elanlar vasitəsilə işə qəbul edilmişdi. Steppenwolf dünya səviyyəsində 25 milyondan çox satış həyata keçirmiş, yeddi Qızıl albom və bir Platinum albom buraxmış, Billboard Hot 100-də 13 sinql çıxartmışdır.Onlardan yeddisi Top 40 hit,"Born to Be Wild", "Magic Carpet Ride" və "Rock Me" isə Top 10-a daxil olmuşdur. Steppenwolf, 1968-1972-ci illərdə dünya miqyasında uğurlu olsa da sonradan heyətin dağılmağı ilə nəticələndi.Con Key, 1967-ci ildən bəri qrupun yeganə dəyişilməz üzvdür.Hətta qrup 1980-dən 2018-ə qədər John Kay & Steppenwolf adı altında fəaliyyət göstərmişdir. 1965-ci ildə Con Key məşhur Kanada qrupu olan The Sparrows-a qatıldı. Qrup isə çox keçmədən dağıldı. 1967-ci ilin sonlarında Qabriel Mekler Con Keyi The Sparrow yenidən yaratmağa çağırdı və Herman Hessenin 1927-ci ildə eyni adlı romanından ilhamlanaraq qrupun adının Steppenwolf-a(Yalquzaq) dəyişdirilməsini təklif etdi. Steppenwolfun ilk iki sinqlı "A Girl I Knew" və "Sookie Sookie" oldu.Qrup nəhayət 1968-ci ildə üçüncü "Born to Be Wild" sinqlından və "The Pusher"-dən sonra dünya şöhrətini artırdı.Hər iki mahnı 1969-cu il istehsalı Easy Rider filmində istifadə olunaraq diqqətləri daha da cəlb etdi . Filmdə əsasən motosikllardan istifadə olunduğu üçün "Born to Be Wild" mahnısı motosikllarla assosasiya olunur. Steppenwolf 1968-ci ildə ,o vaxta qədər ən böyük şoularından biri hesab olunan Fillmore East-də oynayaraq insanların biraz da rəğbətini qazandılar.