sternitlər
stetoskop
OBASTAN VİKİ
Steroidlər
Steroidlər — bitki və heyvanlar aləmində çox yayılmış olan və fizioloji cəhətdən olduqca əhəmiyyətli maddələrdir. Onlar həyati proseslədə çox böyük rol oynayır və dərman kimi işlədilir. == Sinifləri == Steroidlər-sterinlər, cinsi hormonlar, öd turşuları, ürək qlikozidləri və başqa siniflərə ayrılır. == Kimyəvi quruluşları == Kimyəvi quruluş etibarilə Steroidlər bir-birinə yaxın birləşmələrdir. Üç altıtaqımlı halqa ilə bir beştaqımlı halqanın aşağıda göstərilən bitişmə məhsulu və ya 1,2-tsiklopentenhidrofenantren, Steroid birləşmələri molekullarının əsasını təşkil edir. Steroidlərin çoxünda 3-cü karbona hidroksil, 10–13-cü karbonlara iki metil qrupu, 17-ci karbona isə başqa alkil qrupu və ya oksigenli yaxud azotlu radikal birləşmiş olur. Bundan əlavə, Steroidlərdə bir və ya bir neçə ikiqat rabitənin varlığı, habelə optik izomerlik və müxtəlif sis, trans formalar, onların cürbəcür izomerlər şəklində olmasını təmin edir. == Sterinlər == Steroid siniflərindən biri sterinlərdir. Sterinlər öz mənşələrininə görə zoosterin (heyvan orqanizmlərində), fotosterin (bitkilərdə), mikosterin (kiflərdə) olmaqla üç yerə bölünür. Zoosterinlərin əhəmiyyətli nümayəndəsi xolesterindir.