Stoffel Vandorn
Stoffel Vandorn (nid. Stoffel Vandoorne, d. 26 mart 1992 Kortreyk, Belçika) — Belçika yarışçısı, McLaren komandasında Formula-1 pilotu.
Vandorn karyerasına 1998-ci ildə - 6 yaşında kartinq ilə başladı. 2008-ci ildə Belçika KF2 çempion, 2009-cu ildə KF2 kateqoriyasında
Dünya Kubokunda ikinci oldu.
2010-cu ildə Vandorn Formula-Renault 1.6-a getdi . İlk cəhddə, o, ilini 6 qalibiyyətlə bitirərək seriyada ən yaxşı oldu.
2011-ci ildə daha yüksək səviyyəli sinifə - Eurocup Formula Renault 2.0-a getdi və orada KTR komandası çıxış etdi. Mövsüm boyunca Macarıstanda bir podium və səkkiz dəfə xal qazanmaqla, sonda 5-ci oldu. Vandorn paralel olaraq Formula Renault 2.0 Northern European Cup-ada qatıldı, burada mövsümün üçüncü pillədə 8 podium ilə bitirdi.