stronsium

stronsium
strofant
stronsium-sulfat
OBASTAN VİKİ
Stronsium
Stronsium (Sr) – Stronsium öz adını Şotlandiyanın Stronşian kəndinin (latın sözü "Strontion" – Şotlandiya deməkdir) adından götürülüb. 1787-ci ildə bu kəndin yaxınlığında mineral aşkar olunmuşdur ki, 1790-cı ildə şotlandiya həkimi A. Krouford əvvəllər məlum olmayan "torpağı" ayırmışdır. Metallik stronsium ilk dəfə olaraq ingilis kimyaçısı Q. Devi tərəfindən 1808-ci ildə alınmçışdır. D. İ. Mendeleyevin elementlərin dövri sistemində 38-ci element. Rəngli televiziyalar üçün görüntü balonlarının və dəmir əsaslı maqnitlərin istehsalında, sinkin saflaşdırılmasında, işıqfor gilizlərində və fişənglərdə qırmızı rəngin əldə edilməsində istifadə edilir. Nüvə batareyaları və fosforlu boyaların hazırlanmasında da bu elementdən istifadə edirlər. Stronsium titanat, yüksək bir qırılma indisinə və almazdan daha geniş bir optik dağılıma sahib olması səbəbiylə, cəlb edici bir optik maddədir. Stronsium mikroorqanizmlərin, bitkilərin və heyvanların tərkib hissəsidir. Dəniz yosunlarının quru maddəyə görə qramında 26–140 mq, yerüstü bitkilərdə 2,6 mq-a yaxın olur. Müxtəlif orqanizmlərin stronsiumu toplaması təkcə onların növündən, xüsusiliyindən deyil, həm də stronsium və digər elementlərin, başlıca olaraq kalsium və fosforun ətraf mühitdə nisbətindən asılı olur.
Stronsium karbonat
Stronsium karbonat (SrCO4)- karbon turşusunun stronsium duzudır. Stronsium karbonat təbiətdə stronsianit mineralı kimi mövcuddu. Selestinlə (SrSO4) birgə sənaye əhəmiyyəti var. Suda az həll olunan rəngsiz kristallardı (25 °C -də 100 q H2O-da 2⋅10−3 q). SrCO3-ın üç modifikasiyası var: 925 °C-ə qədər α modifikasiya, araqonit tipli rombik kristalik qəfəs; 925 °C-dən yuxarı β-modifikasiyası kalsit forması; 1416 °C-dən yuxarı temperaturda və 2 MPa təzyiqdə, kub sisteminin γ-modifikasiyası mövcuddu. S r C O 3 + C O 2 + H 2 O → S r ( H C O 3 ) 2 {\displaystyle {\mathsf {SrCO_{3}+CO_{2}+H_{2}O\rightarrow Sr(HCO_{3})_{2}}}} S r C O 3 → S r O + C O 2 {\displaystyle {\mathsf {SrCO_{3}\rightarrow SrO+CO_{2}}}} 1. Stronsium karbonatı stronsium sulfonatın natrium karbonatın qatı məhlulu ilə reaksiya zamanı almaq olar : 2. Stronsium hidroksid karbon dioksidlə reaksiyaya girərək stronsium karbonat və su əmələ gətirir: Stronsium karbonat 1100 - 1200 °C -dən yuxarı olan temperaturda, stronsium oksid və karbon qazının əmələ gəlməsi ilə parçalanır: Duru xlorid, azot, sirkə turşuları ilə reaksiyaya daxil olaraq duzlar əmələ gətirir: Stronsium karbonat hidrogen sulfid ilə 900 - 1000 °C temperaturda reaksiya daxil olur, nəticədə stronsium sulfid, su və karbon dioksid alınır: Stronsium karbonat əsasən atəşfəşanlıq üçün boya kimi istifadə olunur. Həmçinin müxtəlif məqsədlər üçün istifadə olunan stronsium birləşmələrinin istehsalı üçün xammal kimi istifadə olunur. Stronsium karbonat şüşə sənayesindədə istifadə olunur. Onu şüşəyə əlavə etdikdə radiasiyaya və rentgen şüalarına davamlı edir. Рабинович В.А., Хавин З.Я. Краткий химический справочник.
Stronsium sulfat
Stronsium sulfat SrSO4 - sulfat turşusunun stronsium duzu.Təbiətdə selestin mineralı şəklində olur. Rombik sistemin rəngsiz kristalları (α-modifikasiya, 1157 ° C-ə qədər mövcuddur). Yüksək temperaturda, altıbucaqlı β-modifikasiyaya çevrilir. Natrium sulfatın stronsium hidroksidlə reaksiyası zamanı alınır: S r 2 + + N a 2 S O 4 → S r S O 4 ↓ + 2 N a + {\displaystyle {\mathsf {Sr^{2+}+Na_{2}SO_{4}\rightarrow SrSO_{4}\downarrow +2Na^{+}}}} Suda az həll olunur (0 ° C-də 100 ml suya 0,0113 qram). Xlor ionlarının iştirakı ilə həl olunması artır. 1580 ° C-dən yuxarı temperaturda parçalanır. Yalnız yüksək təzyiqlərdə əriyir, 6MPa-da ərimə nöqtəsi 1606 ° C-dir. 2 S r S O 4 → 2 S r O + 2 S O 2 + O 2 {\displaystyle {\mathsf {2SrSO_{4}\rightarrow 2SrO+2SO_{2}+O_{2}}}} Stronsium sulfatın sulfat turşusu ilə reaksiya zamanı stronsium hidrosulfid alınır Stronsium sulfatın, natrium karbonat ilə reaksiya zamanı stronsium karbonat və natrium sulfat alınır. Stronsium sulfat rezin və boyalar üçün doldurucu kimi istifadə olunur. Quyu qazma üçün istifadə olunan ağır mayelərin tərkibinə daxil olur.

Значение слова в других словарях