Sturmgewehr 44
StG 44 (alm. Sturmgewehr 44, hücum silahı deməkdir) alman ordusunda 1943-cü ildən tətbiq olunmuş avtomatik hücum silahıdır.
Almaniyada fəaliyyət göstərən silah idarəsi 1930-cu illərdə piyada döyüşçülər üçün yeni yüngül silahın işlənməsinə başalyırlar. Bu iş yeni kalibrdə az gücə və 1000 m məsafədə təsirə malik patronun yaradılması ilə başlanır. Əsas kimi 1938-ci ildə Maqdeburd "Polte" patron fabrikində hazırlanmış 7,92x30 kalibrli patron götürülmüşdür. Onun çəkisi 3,7 q idi. Bu patronlarla çoxlu sayda sınaq aparıldıqdan sonra, 1941-ci ildə onlar 7,92x33 kalibrli, 8,2 qram çəkili və 694 m/san sürətlə üça bilən patronu düzəldilir.
Yeni silahın layihələndirilməsi üçün Sühl şəhərində yerləşən Henel firmasına sifariş verilir. Layihə işlərinə Huqo Şmayzer rəhbərlik edirdi. 1940-cı ildə frezlənmiş hissələrdən hazırlanmış sınaq modeli nümayiş etdirilir.