stəkan
stəkan-nəlbəki
OBASTAN VİKİ
Stəkan
Stəkan — adətən qulpsuz olan, silindr və ya kəsik konus formasına bənzəyən, isti və soyuq içkilər içilməsi üçün nəzərdə tutulan əsasən şüşədən hazırlanan qabdır.
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. == Yeməklərin servisində istifadə olunması == Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.
Armudu stəkan
Armudu stəkan — Azərbaycanda çay dəstgahının tərkib hissəsi Azərbaycanda çay mədəniyyətinin əsas və vacib elementi armudu stəkan olaraq qalsa da, digər stəkan və fincanlara üstünlük verənlər də yetəri qədər var. Çox insan armudu stəkanın digər stəkan və fincanlardan üstün olan cəhətini bilmir. Düzdür, çoxları belə xırdalıqlara fikir vermir, amma armudu stəkanın quruluşu və həcmi məhz çayın optimal hərarətdə və optimal həcmdə içilməsini təmin edir. Armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyuması üçündür. Belə quruluşda çay səthdən başlayaraq, stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur - stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir, çay birdən-birə tamamilə soyuyur. Bundan başqa, armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu, çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. İri stəkanlarda çay içiləndə isə həddən artıq maye qəbulu şişkinlik və ağırlıq yaradır. Bu, həm də çayın tərkibindəki təzyiqi artıran maddələrin artıq qəbul edilməsi deməkdir ki, nəticədə də sağlamlığa ziyan dəyir.
Qazan (Qab-qaşıq)
Saxsı qab və ya dulusçuluq məmulatı adətən gilli, yumşaq torpaqdan hazırlanan və sobada bişirilirərək ərsəyə gətirilən mətbəx aləti və ya yemək qabıdır. == Növləri == Qədim bir yemək bişirmək üçün nəzərdə tutulmuş alət olan saxsı qab mis və ya başqa metallardan hazırlana bilər. Onun ənənəvi istifadəsi türk, ispan və fransız mətbəxlərində çox geniş formada yayılmışdır . Türkiyədə dulusçuluğu ilə məşhur olan regionlar mövcuddur. Bunlardan biri Biləcik vilayətinin Kınık kəndi, digəri isə Nevşehir vilayətinin Avanos rayonudur.
Qaşıq seks pozası
Qaşıq seks pozası adətən bir partnyorun kürəyini digər partnyorua çevirərək fetal vəziyyətdə cinsi əlaqəni nəzərdə tutan seks pozalarından biridir. Adını qaba müvafiq gələn yan-yana yerləşdirilmiş iki ədəd qaşıqdan almışdır. Qaşıq pozası "dört əsas" seks pozasından biri hesab olunur.