subibəri

subibəri
subharmonik
subicarə
OBASTAN VİKİ
Subibəri
Subibəri (su qırxbuğumu, su persikariyası) (lat. Polygonum hydropiper L.) - qırxbuğum cinsinə aid bitki növü. Qırxbuğum (su bibəri) hündürlüyü 60 sm.-ə qədər olan birillik ot bitkisidir. Qızılcıq fəsiləsinə aiddir. Köklü və budaqlıdır, düyünvari budaqları çıxan nahiyyənin aşağı hissəsindən köklər əmələ gəlir, paycığa yaxın olan belə budaqlar qırmızı rəngə çevrilir. Yarpaqları uzunsov olur, kənarları bütöv, -gödək saplaqlı, yuxarı hissələrindəkilər isə saplaqsızdır. Yarpaqların budağa birləşən hissəsi bükülmüş vəziyyətdədir. çiçəkləri xırda ağ və ya narıncı rəngdədir. Çiçəklər budaqda oturaq şəkildə bir və ya iki-üç birləşərək sünbülə bənzər çiçək formasında olub, uzunluğu 10 sm.-ə qədər çatır. Qırxbuğum (su bibəri) may ayından başlayaraq sentyabr ayınadək çiçəkləyir.

Значение слова в других словарях