sumala 2021
sumbatalama
OBASTAN VİKİ
Sumbatan-Dizə
Sumbatan Yaşayış Yeri — Оrdubad rayоnunda, Sabirkəndin cənub-qərbində, Gilançayın sağ sahilində , Ordubad–Naxçıvan yolundan 800 m şimalda, , eyni adlı dağın üzərində yerləşir,Rəsul və Süleyman dərələrini əhatə edir. Arxeoloji tədqiqatlardan öyrənirik ki, Sumbatan-Dizə yaşayış yeri E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Sumbatan dağının zirvəsini və yamaclarını əhatə edən, ilk vaxtlarda qəbilə birləşmələrinin mərkəzi olan bu 6–7 hektarlıq kənd genişlənərək bir neçə əsr ərzində 20 hektarlıq yaşayış yerinə çevrilir.. Azərbaycan ərazisində bu tip relyefə uyğunlaşdırılmış şəhərlər çox olmuşdur. Azərbaycanda bu tipli kənd yerləri tədricən müdafiə divarları ilə möhkəmləndirilərək şəhərlərə çevrilmişlər. E.ə. II minilliyin sonlarında ətrafı müdafiə divarları ilə möhkəmləndirilmiş şəhərlərdən biri də Sumbatan-Dizə olmuşdur. Sumbatan-Dizə şəhəri bir neçə dəfə dağıntıya məruz qalsa da bərpa edilmiş və sasanilər dövrünə qədər şəhər kimi mövcud olmuşdur. Əhəmənilər dövründən sonra ikinci dəfə sasanilər zamanı güclü dağıntıya məruz qalmış Sumbatan-Dizə, şəhər kimi öz funksiyasını itirmiş və kiçik yaşayış məskəninə çevrilmişdir. Bu qədim şəhər öz adını günümüzə qədər qoruyub saxlamışdır.
Sumbatan körpüləri
Sumbatan körpüləri — Gilançay üzərində bəzi yerlərdə körpülər çox sıx olmuşdur. Orta əsrlər zamanı təkcə Darkəndlə qədim və orta əsr şəhəri Sumbatanın arasındakı təxminən bir kilometrlik məsafədə 3 körpünün salınması bunun ən əyani sübutudur. Belə ki, qalıqlarına əsasən demək olar ki, Darkəndlə Aza kəndini birləşdirən, el arasında "Şah Abbas körpüsü" kimi tanınan və zəmanəmizədək salamat vəziyyətdə gəlib çatan 5 aşırımlı körpüdən təxminən 700 metr şimalda (hazırda Naxçıvan-Ordubad şose yolunda, Gilançay üzərində salınmış müasir körpüdən bir az yuxarıda) bir körpünün, bu körpüdən isə təxminən 300 metr şimalda indiki Sabirkəndin cənub tərəfində qalıqları qalan Sumbatan şəhər yerinin şərq tərəfində ikinci bir körpünün salınması deyilən fikrin ən mötəbər təsdiqidir. Ola bilsin ki, bu körpülər orta əsrlər zamanı həmin ərazidən keçən karvanların və əhalinin sıxlığı ilə əlaqədar yaranmış çətinliyi aradan qaldırmaq üçün salınmışdır. Ehtimal şəklində olsa da demək olar ki, bu körpülər zaman keçdikcə dağıntılara məruz qaldığı üçün bir-birini əvəz etmiş, son nəticədə Darkəndlə Aza kəndini birləşdirən körpü inşa edilmişdir. Qalıqlarına, bu ərazidə çayın nisbətən sakit axarına və yayılmasına əsasən deyə bilərik ki, bu körpülər Darkənd-Aza körpüsündən daha möhtəşəm, təxminən 100 metr uzunluğunda olmuşdur. Eni təxminən 4 metr olan hər iki körpünün Şərq dayaqları hazırda Sabirkəndin ərazisinə daxil olan yerlərdə, möhkəm qayalardan ibarət təbii özül üzərində qərar tutubmuş. Ərazinin relyefinə əsasən körpülərin hündür olmasını söyləmək olar. Hər iki körpü Sumbatan şəhəri ilə hazırda Gilançayın sol sahilində yerləşən Kələntər Dizə kəndini birləşdirmiş, Naxçıvan ərazisində, Araz çayı boyunca Ordubad-Sədərək marşrutu ilə və əksinə hərəkət edən ticarət karvanlarına, həmçinin əhaliyə xidmət etmişdir. Fikrimizcə, zaman keçdikcə təbii qüvvələrin təsirindən tədricən aşınaraq dağılan bu körpüləri Şah Abbas körpüsünün inşasından əvvəlki dövrlərə, təxminən XII–XIV yüzilliklərə aid etmək olar.

Значение слова в других словарях