suriyalı

suriyalı
surğucsuz
suriyalılar
OBASTAN VİKİ
Suriyalı
Suriyalılar (ərəb. السوريون‎‎) Suriyanın yerli sakinləridir. 2014-ci ildən etibarən Suriyanın əhalisi 17 milyondur.
Türkiyədə suriyalı qaçqınlara əleyhdarlıq
Türkiyədə suriyalı qaçqınlara əleyhdarlıq — Türkiyədə suriyalılara qarşı qorxu, nifrət, etibarsızlıq, düşmənçilik, aşağılama və buna bənzər hisslərdən qaynaqlanan ayrı-seçkilik və irqçi yanaşma. 2011-ci ildə başlayan Suriyada vətəndaş müharibəsi ilə Türkiyəyə gələn suriyalılar bir çox sahədə ayrı-seçkiliyə məruz qalırlar. Tədqiqatçı Şenay Özdenin sözlərinə görə, qaçqınların Türkiyədə qalıcı olması düşüncəsi ilə Türkiyədə suriyalılara qarşı irqçi münasibət və ifadələr artmışdır. Türkiyədə yaşayan suriyalıların 92%-i ayrı-seçkiliyə məruz qaldıqlarını bildirir. Beynəlxalq Miqrasiya Təşkilatının 636 nəfərlə apardığı araşdırmada iştirakçıların təxminən yarısının suriyalıları "daha az istedadlı irq" olaraq gördüyü müəyyən edilmişdir. Bundan əlavə, iştirakçıların üçdə biri suriyalı qaçqınların müharibə qurbanı olmadığına inandıqlarını bildirmişdir. İştirakçıların yarıdan çoxu suriyalılarla hər gün qarşılaşdıqlarını bildirsələr də, onların yalnız 22%-i suriyalılarla hər hansı təmasda olduğunu bəyan etmişdir. Türkiyədəki iqtisadi problemlər və işsizlik bəziləri tərəfindən suriyalı qaçqınlarla əlaqələndirilir. Bu problemlərin suriyalılara qarşı mənfi baxışı gücləndirdiyi və irqçiliyi daha çox tətiklədiyi bildirilir. Araşdırmalar göstərir ki, əhalinin iqtisadi cəhətdən zəif hissəsi, xüsusən də suriyalı qaçqınları iqtisadi problemlərin əsas günahkarı kimi görür.
Türkiyədə suriyalı poqromları (2024)
Türkiyədə suriyalı poqromları — Türkiyə vətəndaşları ilə suriyalı məcburi köçkünlər arasında baş tutmuş münaqişə. Hadisələr bir suriyalı miqrantın yerli qıza təcavüz etməsi nəticəsində yaranmışdır. == Zəmin == Suriyada vətəndaş müharibəsi başlayandan sonra bir qrup suriyalı qaçqın axını Türkiyəyə üz tutmuşdur. Bu qaçqınlar artdıqca onların sayı 3,6 milyon nəfərə çataraq ölkədə iqtisadi problemlərə və antimiqrant əhval-ruhiyyəsinin artmasına səbəb olmuşdur. 2024-cü il iyunun sonunda suriyalı məcburi köçkün Türkiyənin Kayseri şəhərində yerli bazarda 5 yaşlı qıza təcavüz etmişdir. Bu, yerli vətəndaşların narazılığına səbəb olmuşdur. Bundan sonra şəhər vətəndaşları etiraz aksiyalarına çıxmış, burada suriyalı məcburi köçkünlərinə mülklərinə qarşı zorakılıq tətbiq etmişdilər. Kayseri valiliyi təcavüz edənin saxlanıldığını təsdiqləmişdir. Etirazçılar prezident Rəcəb Tayyib Ərdoğanın istefasını tələb etmişdilər. Öz növbəsində Ərdoğan bəyan etmişdir ki, məcburi köçkünlərə qarşı zorakılıq və ksenofobiyaya təhrik etmək yolverilməzdir.
Suriyalılar
Suriyalılar (ərəb. السوريون‎‎) Suriyanın yerli sakinləridir. 2014-ci ildən etibarən Suriyanın əhalisi 17 milyondur.