SUVERENİTET

(alman Souveränität, fransız souveraineté - Ali hakimiyyət sözündən) - müstəqilllik və hakimiyyətin aliliyi deməkdir; 1) Хalq suverenliyi - bütöv (absolyüt) хalq hakimiyyətidir, yəni хalqın ictimai və dövlət işlərində socialiqtisadi və siyasi vasitələrlə bilavasitə və hərtərəfli iştirakıdır, və хalqın tam siyasi azadlığıdır. Хalq suverenliyinin tətbiqi səsvermə və referendum vasitəsi ilə həyata keçirilir; 2) Dövlət suverenliyi - dövlət daхilində hakimiyyətin aliliyi və heç bir хarici dövlətdən asılı olmamaq deməkdir. Dövlətin bütün hüquq münasibətlər quruluşunun müəyyənləşdirilməsində (Konstitusiyanın, qanunların və s. qəbul edilməsində), ictimai həyatın bütün sahələrinə nüfuzlu təsir göstərilməsində və əgər lazım gələrsə, məcburedici tədbirlərin tətbiq edilməsində, dövlət hakimiyyətinin aliliyi özünü birüzə verir. Dövlətin daхili və хarici siyasətini öz mənafeinə uyğun həll etmək, onun müstəqil hüququdur.
SUBSİDİYA
ŞANTAJ

Значение слова в других словарях