Süddaş
Azərbaycan mətbəxində bişirilən “aş” növlərindən birinin adıdır. Əslində dialekt və şivələrdə, o cümlədən türk dillərinin bəzilərində işlənən bu söz Azərbaycan dilində “südlü aş” şəklindədir. Hal-hazırda bu söz Azərbaycan dilində “südlü aş”, türk dilində “sütlü aş”, uyğur dilində “sudok aş”, qazax dilində “konak aşı” formalarında işlənir. (10, 29)
Azərbaycanda “südlü aş”ın hazırlanma qaydası belədir: “İnək, qoyun və yaxud keçi südü qaynadılır. Südün həcminə uyğun olaraq qaynadılmış südə düyü əlavə edilir və düyü bişəndən sonra xörək hazır olur.” Azərbaycan ailələrində adətən bu xörək növündən səhərlər istifadə olunur. Daha çox Qarabağ dialektində işlənən bu söz Azərbaycan dilinin dialektoloji lüğətlərində qeydə alınmamışdır. Mürəkkəb quruluşa aid bu söz kök+şəkilçi+kök (süd+lü+aş) modeli əsasında formalaşmışdır. “Süddaş” sözü Azərbaycan dilində “südlü aş”, türk dilində “sütlü aş”, uyğur dilində “sudak aş”, qazax dilində “konak aşı” formalarında “xörək növü” mənalarında işlənir.