sürtülmək
sürtünmək
OBASTAN VİKİ
Sürtünmə
Sürtünmə toxunan cisimlərin nisbi yerdəyişməsi və ya cismin müxtəlif hissələrinin bir-birinə nisbətən yerdəyişməsi zamanı yaranan mexaniki müqavimət. Birinci halda sürtünmə xarici sürtünmə, ikinci halda isə daxili sürtünmə adlanır. Toxunan cisimlər bir-birinə nisbətən sükunətdə olduqda yaranan sürtünməyə sükunət sürtünməsi, hərəkətdə olduqda isə kinematik sürtünmə deyilir. Sürtünmə qüvvəsi- toxunan səthlərin kələ-kötürlüyü və həm də bir-birinə sıxılması nəticəsində meydanə çıxan qüvvədir. Bir cismin digər cisim üzərində hərəkət zamanı yaranan və hərəkətin əksinə yönələn qüvvə sürtünmə qüvvəsi deyilir. Onun 3 növü var: Sükunət Sürüşmə Diyirlənmə Düsturu — Fs=μ(mü)×m×g F=m×g μ(sürtünmə əmsalı) — adsızdır, Vahidi yoxdur, toxunan səthlərin növündən, kələ-kötürlüyündən, necə cilalanmasından asılıdır. Fs<N(Həmişə) Sürtünmə qüvvəsinin növləri üç yerə bölünür: Sükunət sürtünmə qüvvəsi — cismə toxunan səthə paralel qüvvə təsir edən zaman yaranır və hərəkət etdirmək istəyən qüvvənin əksinə yönələrək onu kompensasiya etdiyindən cisim sürət ala bilmir. Sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti, ədədi qiymətcə cismi sükunət halından çıxaran qüvvəyə bərabərdir. Xarici qüvvə hərəkət nəticəsində meydana çıxan sürtünmə qüvvəsini tarazlaşdırdıqda cisim düzxətli bərabərsürətli hərəkət edir. Təbiətdə və texnikada sürtünmə həm faydalı, həm də zərərli olur.
Coğrafi sürtünmə
Coğrafi sürtünmə — Yer kürəsi hərəkət etdiyi zaman havanın yer səthi ilə yaratdığı sürtünmə. == Sürtünmə qüvvəsi == Atmosferdə hərəkət edən hava Yer səthi ilə təmasda olduqda sürtünmə məruz qalir. Atmosferdə havanın hərəkətinə sürtünmə qüvvəsi mənfi təsir göstərir. O, hərəkəti zəiflədir və hətta onun istiqamətini dəyişir. Hava qaza məxsus özlüyə malikdir. Özlülük iki lay arasında bir-birinə nisbətən sürüşməsinə müqavimət göstərir. Havanın özlülüyü hündürlük artdıqca azalır. Yəni sürtünmə qüvvəsi havada təsir göstərən digər qüvvələrə nisbətən cüzidir. Buna görə də sürtünmə qüvvəsi müşahidə olmayan orta hesabla 1000 m-ə yaxın hündürlük sürtünmə səviyyəsi adlanır. Yer səthindən sürtünmə səviyyəsinə qədər troposferin aşağı qatı sürtünmə layı və planetar sərhəd layı adlanır.
Sürtünmə qüvvəsi
Sürtünmə toxunan cisimlərin nisbi yerdəyişməsi və ya cismin müxtəlif hissələrinin bir-birinə nisbətən yerdəyişməsi zamanı yaranan mexaniki müqavimət. Birinci halda sürtünmə xarici sürtünmə, ikinci halda isə daxili sürtünmə adlanır. Toxunan cisimlər bir-birinə nisbətən sükunətdə olduqda yaranan sürtünməyə sükunət sürtünməsi, hərəkətdə olduqda isə kinematik sürtünmə deyilir. Sürtünmə qüvvəsi- toxunan səthlərin kələ-kötürlüyü və həm də bir-birinə sıxılması nəticəsində meydanə çıxan qüvvədir. Bir cismin digər cisim üzərində hərəkət zamanı yaranan və hərəkətin əksinə yönələn qüvvə sürtünmə qüvvəsi deyilir. Onun 3 növü var: Sükunət Sürüşmə Diyirlənmə Düsturu — Fs=μ(mü)×m×g F=m×g μ(sürtünmə əmsalı) — adsızdır, Vahidi yoxdur, toxunan səthlərin növündən, kələ-kötürlüyündən, necə cilalanmasından asılıdır. Fs<N(Həmişə) Sürtünmə qüvvəsinin növləri üç yerə bölünür: Sükunət sürtünmə qüvvəsi — cismə toxunan səthə paralel qüvvə təsir edən zaman yaranır və hərəkət etdirmək istəyən qüvvənin əksinə yönələrək onu kompensasiya etdiyindən cisim sürət ala bilmir. Sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti, ədədi qiymətcə cismi sükunət halından çıxaran qüvvəyə bərabərdir. Xarici qüvvə hərəkət nəticəsində meydana çıxan sürtünmə qüvvəsini tarazlaşdırdıqda cisim düzxətli bərabərsürətli hərəkət edir. Təbiətdə və texnikada sürtünmə həm faydalı, həm də zərərli olur.
Dördkürəli sürtünmə maşını
Dördkürəli sürtünmə maşını sənaye — transmissiya yağlarının iş xüsusiyyətlərinin sınaqlarını aparmaq üçün Alman Sənaye Standartı tərəfindən təsdiqlənmiş cihazdır. = Dördkürəli sürtünmə maşını haqqında məlumat və tətbiq sahəsi = Dördkürəli sürtünmə maşını sənaye — transmissiya yağlarının iş xüsusiyyətlərinin sınaqlarını aparmaq üçün Alman Sənaye Standartı tərəfindən təsdiqlənmiş cihazdır. ЧМТ maşını 1933-cü ildə Berlaqe tərəfindən təklif edilmişdir və sürtkü yağlarının laboratoriya şəraitində siyrilmə və yeyilməyə qarşı xassələrini öyrənmək üçün geniş istifadə olunur. Standart 4-kürəli sürtünmə maşını bir kasaya yerləşdirilmiş üç tərpənməyən (sabit) və onların üstündə bir hərəkətli (çevik) polad kürəciklərdən ibarət olan test aparatıdır. Müəyyən sürətlə və verilmiş yüklə üst kürəcik qalan kürəciklərə görə qaynaq olana qədər fırlanır. Sürtunmə maşınlarının çoxunda diametri 12,7 mm olan polad kürəciklərdən istifadə olunur. Dördkürəli sürtünmə maşını bir neçə dəfə modikfikasiya olunmuşdur, lakin sürtünmə konstruksiyası (bir piramida şəklində 4 kürə) dəyişməmişdir. == Dördkürəli sürtünmə maşını necə işləyir? == Dördkürəli sürtünmə maşını əslində maddələrin sürtünmə zamanı yaranan yüklənməyə qarşı qabiliyyətini qiymətləndirən triboloji analizatordur. Sürtkülərin yeyilməyə qarşı xassələri siyrilmə zamanı böhran yükü ilə və yeyilmə ləkələrinin ölçülməsi ilə qiymətləndirilir.
Sürtünmə yolu ilə cinsi münasibət
Sürtünmə yolu ilə cinsi münasibət — cinsi əlaqə olmadan, cinsi partnyorlar tərəfindən bir-birlərini oxşayaraq, ovuşduraraq, yaxud da, bir-birlərinə sürtünərək həyata keçirmiş olduqları sevişmə metodlarından biri. Cinsiyyət orqanlarının stimullaşdırılması öpüşmək, erogen zonalara toxunma və ya bəzən də alt paltarları çıxarmadan fiziki təmasla təmin edilir. Ümumiyyətlə bu metod cinsi təcrübəsi olmayan subay gənclərin üstünlük verdiyi üsuldur.
Sürtünmə yolu ilə cinsi əlaqə

Значение слова в других словарях