SÜZƏR

сущ. зоол. пищуха (мелкая певчая птица из отряда воробьиных, с длинным тонким клювом)
SÜZƏNƏKSİZ
SÜZƏRKİMİLƏR
OBASTAN VİKİ
Süzər
Süzər (lat. Certhia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinə aid heyvan cinsi.
Adi süzər
Adi süzər (lat. Certhia familiaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinin süzər cinsinə aid heyvan növü. Azərbaycan faunasına iki yarımnövü daxil olur. Lənkəran təbii vilayətində yaşayan İran və qalan meşələrdə məskunlaşmış Qafqaz yarımnöləri. Bədəninin üst tərəfi qonurumtul-qəhvəyi, uzununa ağımtıl çilli, altı ağdır. Qanadları və quyruğu köndələn açıq zolaqlıdır. Tək-tək cə ya cütlərlə gəzir. Səsi sakit nəğməsi cingiltili cəh-cəh şəklindədir. Arealı Avropa, Asiya, Şimali Amerikadır. Meşələrdə, parklarda və köhnə ağacları olan bağlarda məskunlaşır.
Qısabarmaq süzər
Qısabarmaq süzər (lat. Certhia brachydactyla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinin süzər cinsinə aid heyvan növü. Azərbaycan hüdudlarında, Astara rayonunda Kiçikasiya yarımnövü aşkar edilmışdir. Adi süzərə çox oxşayır, ancaq qaşları və bədəninin altı ağ, qarnında və böyürlərində qara-qonur çalar vardır. Arxa barmağının caynağı 7,5 mm-dən uzun deyildir. Ağac gövdələrində tək-tək və ya cütlərlə olur. Növün arealı Avropa, Şimal-Qərbi Afrika, Türkiyə, güman ki, İranın şimal-qərbidir. Oturaq yaşayır, ancaq qışda köçmələr edir. Azərbaycanda statusunun müəyyənləşməsi üçün əlavə materiallara ehtiyac duyulur.
Süzərlər
Süzərlər (lat. Certhiidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Çox xırda quşları birləşdirir. Dimdiyi nazik, uzun, aşağıya əyilmişdir. Lələklənməsi yumşaq, ayaqları gödəkdir. Barmaqları uzun, caynaqları itidir. Ağac gövdələrinə asanlıqla çıxır, qabığın çatlarından əldə etdiyi cücülərlə qidalanır. Azərbaycanda yeganə süzər cinsinin 2 növü vardır: adi süzər və qısabarmaq süzər.

Значение слова в других словарях