Allüvial səpintilər
Allüvial səpintilər — allüvial çöküntülərə uyğun gələn səpintilər. Ana süxurların və yataqların, delivüal və ellivüal səpintilərin su axınları vasitəsilə yuyulması nəticəsində əmələ gəlir. Çayların dərəsində yerləşib, dərə boyu zolaq şəklində uzanır.