TÜRKŞÜNAS
TÜRKÜ
OBASTAN VİKİ
Türkşünaslıq
Türkologiya və ya türkşünaslıq — humanitar elmlərin kompleksidir və türklərin tarixini, dillərini, ədəbiyyatını, folklorunu, etnologiyasını müqayisəli şəkildə öyrənır. Bura Şərqi Sibirdə yaşayan Saxalardan tutmuş Balkanlar və Moldovada yaşayan Qaqauzlara qədər bütün türk xalqları daxildir. == Tarixi == Türkologiya Qərbin Şərqi öyrənmə cəhdləri nəticəsində meydana çıxan şərqşünaslıq əsasında bir sistem qazanmışdır. İlk türkologiya inistitutu 1795-ci ildə Parisdə École des Langues Orientales Vivantesdə qurulmuşdur. Bunu şərqşünaslıq və türkologiya ilə bağlı digər inistitutlar izləmişdir. Moskvada (1814), yenə Parisdə (1821) və Londonda (1906) qurulan bu çür inistitutların yayımladığı xeyli sayda elmi əsər, jurnal, məqalə və s. mövcuddur. Türklər haqqında etnoloji məlumatlar ilk dəfə XI əsrdə türk filoloq Mahmud Qaşğari tərəfindən "Divanü Lüğat-it-Türk" əsərində sistemləşdirilmişdir. Çox dilli lüğətlər isə XIII əsrdən ticarətin daha da genişlənməsinin təsiri altında yaranmağa başladı (Qıpçaq — Fars — Latın — Alman Kodex Kumanikus, Rus — Qıpçaq və s.). Orta əsrlərin böyük bir hissəsinə aid türkoloji məlumatların böyük əksəriyyətini biz Bizans/Yunan tarixçilərinin, səfirlərinin, coğrafiyaçılarının və səyahətçilərinin əsərləri sayəsində əldə edə bilirik.

Значение слова в других словарях