Təsdiqləmə (affirmasiya)

Affirmation Sənədlərin, o cümlədən maliyyə sənədlərinin, hesabların təsdiq edilməsi, düzgünlüyünə təminat verilməsi.
Təsbit etmək
Təzə buraxılış
OBASTAN VİKİ
Affirmasiya
Affirmasiya (iqtisadiyyat) — iqtisadiyyatda Affirmasiya (məntiq) — məntiqdə Affirmasiya (psixologiya) — müəyyən bir qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələbedilən obrazın və ya fikirin möhkəmləndirilməsidir.
Affirmasiya (psixologiya)
Affirmasiya və ya təlqin (lat. affirmatio — təsdiq etmə) — müəyyən bir qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələbedilən obrazın və ya fikirin möhkəmləndirilməsi və psixoemosional fonun yaxşılaşdırılması və həyatda müsbət dəyişikliklərin stimullaşdırılması. Konsepsiya Rhonda Byrne-nin “SİRR” (2006-cı il filmində də yayımlanmış) kitabı ilə məşhurlaşdı. Bu kitablar Napoleon Hill-in “Düşün və zənginləş” kitabına bənzər ideyaları izah edir. Birn, qismən Uolles D. Uotlsun 1910-cu ildə yazdığı, 1910-cu ildə yazılmış “Zəngin Olma Elmi” kitabından ilham almışdır. Təsdiqlər həmçinin neyro-linqvistik proqramlaşdırmada (NLP), Anthony Robbins tərəfindən populyarlaşdırılan "NAC" neyro-assosiativ kondisionerdə və hipnozda qeyd olunur. Bununla bağlı inanc ondan ibarətdir ki, yüksək mənəvi şüura malik insanların müəyyən kritik kütləsi bütün əhalidə qəfil dəyişikliklərə səbəb olacaqdır. Və insanların müsbət yaradıcı fəaliyyətlərdə iştirak etmək və özlərini, bir-birlərini və Yer kürəsini sağaltmaq üçün işləmək məsuliyyəti var. 1984-cü ildə dini tədqiqatlar üzrə mütəxəssis olan Louise Hay, düşüncələri və inancları dəyişdirmək üçün bələdçi olan "Həyatınızı sağalda bilərsiniz" kitabını nəşr etdi. Hayın təsdiqləri istifadəçiyə öz düşüncə tərzini yenidən proqramlaşdırmağa kömək etmək məqsədi daşıyır, yəni Hayın psixoloji cəhətdən xəstəliyə kömək etdiyinə inandığı zərərli əsas inanclar müalicəvi inanclarla əvəzlənəcək və beləliklə, sağalma qarşısındakı maneə aradan qaldırılacaqdır.
Cinsiyyəti təsdiqləmə əməliyyatı
Cinsiyyəti təsdiqləmə əməliyyatı, Cinsiyyətin dəyişdirilməsi əməliyyatı və ya Bədənin tənzimlənməsi əməliyyatı — insanın anadangəlmə cinsiyyətinə müvafiq olan fiziki görünüşünü və bioloji cinsi xüsusiyyətlərini müəyyən etdiyi gender kimliyi ilə uyğunlaşdırmaq üçün dəyişdirilməsinə imkan verən cərrahi prosedur və ya prosedurlar seriyasıdır. Tarixdə məlum olan birinci cinsiyyətin dəyişdirilməsi əməliyyatı 1931-ci ildə Berlində vaginaplastika əməliyyatı keçirən Dora Rixterin üstündə həyata keçirilmişdir. == Əməliyyat == Əməliyyatın həyata keçirilməsi üçün xəstəxana, komissiya hesabatları və məhkəmə qərarı tələb olunur. Kişi cinsiyyətinə sahib olmaq istəyən qadınlara ediləcək penis implantasiyası üçün iki üsuldan istifadə edilir. Bunlardan birincisi qolun dərisi, ikincisi isə ayağın nazik sümüyünün dərisindən hazırlanan protezlərdirlər. Bu cərrahi əməliyyat penisi meydana gətirəcək qapaqların (flapların) hazırlanması, yeni sidik yollarının yaradılması və alt tərəfdən görünüş kimi mərhələlərdən ibarətdir. Qadın cinsinə keçmək istəyən kişilərin üzərində həyata keçirilən əməliyyatlarda isə cinsiyyət orqanının dərisi kökündən hər tərəfli kəsilərək əlcək barmağı kimi soyulub çıxardılır. Dərisiz qalmış penisdə olan süngərvari, mağaralı cisimlər (corpus cavernosum) qasıq dərisinin altında hər iki tərəfdən basdırılır və beləliklə vulvanın böyük dodaqları (labia majora) kimi qabarıqlıq əmələ gətirilir.