TƏZİR

Quran və hədislərdə günah kimi dəyərləndirilən, ancaq orada onlara görə hansı cəzanın tətbiq olunacağı haqqında heç bir məlumatın verilmədiyi cəzalardır. Fiqhi məzhəblərdə bir çox günahların cəmiyyətdə pozğunçuluğa yol açdığına görə qarşısı alınmalıdır. Ramazan ayında oruc tutmamaq, namaz qılmamaq, pulu ribaya vermək kimi günahlar cəzalandırılır. Cəzalar isə müctəhidlərin ictihadları əsasında verilir. Bəzən burada örf də diqqətə alınır. Cəmiyyətdə törədilmiş günahların ictimai həyata zərər vermə dərəcəsindən asılı olaraq müxtəlif təzirlər tətbiq edilir. Bu da xəbərdarlıq, başa salmaqdan tutmuş; zindana atılma, şallaqlanmağa, sürgün edilməyə qədər cəza növlərindən ibarətdir. İstisna durumlarda ölüm cəzası da tətbiq edilə bilər. Təzir yalnız İslam qanununun işlədiyi ölkələrdə tətbiq edilə bilər. Günahın ağırlığı və cəzanın ölçüsü yalnız məhkəmələrdə müəyyən edilməlidir.
TƏYƏMMÜM
TƏZİYYƏ
OBASTAN VİKİ
Təzirkan
Təzərkoş, Təzirkan və ya Tərəzkəş (fars. طزركش‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 311 nəfər yaşayır (80 ailə).

Значение слова в других словарях