TABİUNLAR

səhabələri görmüş, onlardan dini biliklər əldə etmiş inanclı müsəlmanlardır. Bəzi hədislərdə Məhəmməd peyğəmbər onları səhabələrindən sonra ən yaxşı müsəlman nəsli adlandırmışdır. Bəzi ilahiyyatçılar hesab edir ki, Quranın 59: 10 ayəsində məhz onlardan bəhs edilir. Onların nəsli təxminən hicrətin 120-ci ilinə qədər davam etmişdir. Demək olar ki, bu dövr bütün Əməvi hakimiyyəti dövrünü əhatə etmişdir. Tabiunlar dini adətlərin və İslamın ilk mənbələrinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində böyük işlər görmüşdürlər. Onlar fiqh elminin əsaslarını qoymuş, Quran təfsiri və hədis elmini inkişaf etdirmişdirlər. Eləcə də onlar hədislərin rəvayət edilmə və seçilməsi metodologiyasını da yaratmışdırlar. Tabiunların dini problemlər üzrə fikirlərini, mülahizələrini və rəylərini sonrakı ilahiyyatçılar dəlil və sübut kimi qəbul etmişdirlər.
ŞÜEYB
TABUT ƏS-SƏKİNƏ