tabulyator

tabulyator
tabulyasiya
tabur 2021
OBASTAN VİKİ
Hollerit tabulyatoru
Hollerit tabulyatoru XIX yüzilin sonunda amerikalı Herman Hollerit (Herman Hollerith) tərəfindən ABŞ-də 1890-ci ildə əhalinin syahıyaalınmasının statistik verilənlərinin qeydiyyatı və emalı üçün ixtira olunmuş elektromexaniki maşın. Bu maşın perfokartlardakı verilənləri emal edən ilk qurğu idi; o, pefokartlarda olan dəliklərdən elektrik dövrəsini qapamaqla statistikanı hesablayırdı. Bəzi qiymətləndirmələrə görə bu maşının sayəsində siyahıyaılmanın aparılması müddətini üçdə iki dəfə qısaltmaq mümkün olub. 1900-cü illərin başlanğıcında Holleritin qurduğu Tabulating Machine Company şirkəti bu ixtiranın kütləvi buraxılışına başladı; bir sıra birləşmələrdən sonra bu şirkət International Business Machines Corporation (IBM) firmasına çevrildi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Значение слова в других словарях