TALAN-TARAC

сущ. грабёж, разбой; talan-tarac etmək разграблять, разграбить; talan-tarac olmaq разграбляться, быть разграбленным
TALAN
TALANÇI
OBASTAN VİKİ
Talan
Talan — kütləvi iğtişaşların bir növü olub dini, etnik və siyasi mənsubiyyətinə görə bir qrupun digər bir qrupun üzərinə hücum edərək insanları öldürülməsi, iş yerlərinin dağıdılması və ya yandırılması, kütləvi davalar, zorakılıq və hədəf alınan etnik qrupa məxsus ibadətxanaların, məktəb və təşkilatların dağıdılması ilə müşayət olunur. Talan mənasında "poqrom" (rus. погром sözünün kökü rus. громить — dağıtmaq, tar-mar etmək, darmadağın etmək, viran etmək sözündəndir) termin kimi ilk əvvələr əsasən Rus imperiyasında yəhudilərə qarşı olan talanları göstərmək üçün işlədilmişdir. İkinci Dünya müharibəsi ərəfəsində yəhudilərə qarşı başlanmış entik zəmində zorakılıqlar talan (poqrom) andlanırdı. Rus dilində 1988-ci ildən Azərbaycanda ermənilərə qarşı olan kütləvi iğtişaşlar da "poqrom" (bax: Sumqayıt poqromu) adlandırılmışdır.
Talan adası
Talan adası — Oxot dənizinin şimal hissəsində yerləşən ada. Ada Tauy körfəzinin qərb kənarında, Maqadandan təxminən 100 km məsafədə yerləşən qayalı ərazidir. O Naqaev buxtasının sahilindən üfüqdə aydın axşamlarda görünür. Rusiyaya aiddir. Sahəsi təxminən 2,5 km²-dir. Onun zirvəsini qayalı silsilələr və bataqlıq çəmənlikləri olan yumşaq bir yayla tutur. Talanın üç tərəfində (cənub, qərb və şərq) hündürlüyü 150 m-ə çatan sıldırımlı qayalıqlar var. Sahilin çox hissəsi kiçik körfəzlərlə kəsilmiş və qayalarla haşiyələnmişdir. Şimal-qərb hissəsində daşlı sahil zonasının yarımdairəsi ilə əhatə olunmuş şirin su gölləri olan alçaq çəmənlik terrası vardır. Orta illik hava temperaturu -2,3 ° C; yanvarın temperaturu -15,8 ° C, avqust ayının temperaturu + 10,6 ° C olur.
Talan həftəsi
Talan həftəsi, Yağmalama həftəsi və ya Qrabnedelya — 1920-ci ildə Aprel işğalından sonra Bakıda bolşeviklər tərəfindən törədilmiş və bir həftə boyunca davam etmiş talan hadisəsi. Yorq Baberovski öz əsərində qeyd edir ki, bolşeviklər Azərbaycana işğalçı kimi gəlmişdilər. Onlar respublikanı qətllər və talan meydanına çevirmişdilər. Bir neçə ay davam edən terror özündən sonra qorxunc dağıntı izləri qoymuşdu. İşğaldan sonra bolşeviklər insanların əmlakını müsadirə edir, onların qiymətli əşyalarını talan edirdilər. Müsadirə edilmiş və ya sahibləri öldürülmüş evlərə bolşeviklərin özləri köçürdülər. Bakı İcraiyyə Komitəsinin 1920-ci il dekabrın 23-də keçirilən iclasında bütün Bakının hərbçilərlə dolu olduğu və onların 10-12 mininin fərdi mənzillərdə yaşadıqları qeyd olunub. XI qızıl ordunun xüsusi şöbəsi, digər cəza orqanları Azərbaycandakı partiyaların, müxtəlif siyasi təşkilatların rəhbərlərinin, üzvlərinin təqib və həbs olunmasını getdikcə gücləndirirdilər. Onlar Azərbaycan ziyalılarının nümayəndələrini təcrid edir və qırırdılar, yüzlərlə adam Solovetsk adalarına, Suzdala, Novqoroda və digər ucqar yerlərdəki həbs düşərgələrinə göndərildilər. Təkcə ilk iki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfərin güllələndiyi bildirilir.

Значение слова в других словарях