Talkan

Arxaikləşmiş yemək adıdır. “Qovud” mənasında Azərbaycan dilinin bəzi dialekt və şivələrində işlənməkdədir. Mahmud Kaşğari bu sözün aşağıdakı beytdə işləndiyini göstərmişdir: “Oğlum, ögüd alğıl, bilginsizliğ kitər, Talkan kiminq bolsa, anqar pəkməz katar”. Oğlum, öyüd al, biliksizliyi dəf elə, Kimin qovudu olsa, ona bəkməz qatar. (Ey oğul, öyüd al, özündən avamlığı, cəfaləti uzaqlaşdır, bil ki, qovudu olan şəxs ona bəkməz qatar, ağlı olan adam öyüdü qəbul edər) (8, 432)
Taxtax
Tape
OBASTAN VİKİ
Talkan
Talkan (şirniyyat) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Talkan (Meşkinşəhr)
Talkan (fars. تلكان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 26 nəfər yaşayır (4 ailə).
Talkan (şirniyyat)
Talkan (başq. талҡан; bur. талхан; qaz. талқан; qırğ. талкан; rus. толокно) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan altay, noqay, başqırd, buryat, qazax, qırğız, monqol, tatar, tıva, özbək, çuvaş və xakas mətbəxlərində geniş yayılmışdır. Lakin talkan daha çox başqırdların ənənəvi mətbəxinin nümunəsi sayılır. Başqırdlar onu əsasən kumusdan hazırlayırlar. Ümumiyyətlə talkan qida növü kimi daha çox şimal və soyuq iqlim şəraitində yaşayan xalqların qıda rasionunda üstünlük təşkil edən xörək növüdür.

Значение слова в других словарях