Tanqutlar
Tanqutlar ( minya) — Tibet-Birma xalqı.
Tanqutlar haqqında Orxon-Yenisey abidələrində də məlumat var. "On yeddi yaşımda tanqutlara qarşı əsgər göndərdim, onları məğlub etdim". Salih Mütəllibov bu savaşın 711-ci ildə baş verdiyini təxmin edir. Tanqutlar da tibetlər və xotanlılar kimi türk ölkəsinə sonradan gəlib yerləşmişlər; "Çinə yaxın yerdə yaşayan bir türk boyu. Onlar öz əcdadlarının ərəblər olduğunu söyləyirlər«. Buradan belə bir nəticə çıxır ki, tanqutlar qismən türkləşsələr də, əslində tibetlilərə qohumdurlar. "Divan"da tanqutlarla Çin arasında yerləşən Katun sini (Xatun məzarı, çincə Ko-tun chen) şəhərinin bəyi ilə tanqutların savaşı haqda məlumat var. 1028-ci ildə baş verən bu savaşı tanqutlar qazanmışlar.
Кычанов Е. И. Гимн священным предкам тангутов // Письменные памятники Востока.