tantra-yoqa

tantra-yoqa
tantra
tantraizm
OBASTAN VİKİ
Yoqa
Yoqa – ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etmoloji mənşəyində saxlanılır. Yoqa sözü – Sanskrit dilində yuj sözündən götürülüb. Mənası, "birlik", "ittifaq" deməkdir.[mənbə göstərin] "Yoqa" sözü öz mənşəyini sanskrit dilindəki "yuq" sözündən götürür ki, o da tərcümədə "birləşmə", "qovuşma", "tövhid" mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) "Yoqa sutra" əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrin fikirlərini oxumağı və s. bacarırlar.
Sahaca Yoqa
Sahaca Yoqa — dini cərəyan. Cərəyanın qurucusu Şri Mataci Nirmala Devi 1923-cü ildə Hindistanın Çindvare (indiki Madhya Pradeş ştatı) şəhərində vaxtilə brahmanlar kastasına aid protestant ailəsində dünyaya gəlmişdir. Atası Hindistanın azadlığı uğurunda mübarizə aparmış və Hindistan parlamentinin üzvü olmuşdur. Nirmala özü isə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Çandrika Prasada Şrivasta ilə ailə qurmuşdur. Nirmala böyük rəhbər hesab edilən Racnişin ilk tələbələrindən olmuşdur. Ehtimal olunur ki, məhz müəllimin təkidi sayəsində Nirmala özünü "quruiney" (Allahın təcəssüm etdiyi şəxs) elan etmişdir. O, insanları inandırmağa çalışır ki, 1970-ci ildə ona və bir neçə nəfərə "özlərini mənəvi cəhətdən kamilləşdirmək" qabiliyyəti verilmişdir. Nirmala məqsədini həyata keçirmək üçün istifadə etdiyi metodu "sahaca-yoqa" (yüngül yoqa) adlandırmışdır. Bu metodun əsas ideyasına görə, insanın Tanrı ilə asan əlaqə yaratması üçün bədənə Nirmala tərəfindən mənəvi qüvvə yerləşdirilmişdir. O, qurduğu cərəyanı yeganə "həqiqi din" adlandıraraq, ardıcıllarını özləri ilə fəxr etməyə çağırır.