tarixli

sif. daté, -e de ; en date de

tarixilik
tarixsiz
OBASTAN VİKİ
12 may 1994-cü il tarixli atəşkəs sazişi
12 may 1994-cü il tarixli atəşkəs sazişi — Birinci Qarabağ müharibəsi zamanı (1988–1994) Bişkek protokolunun imzalanmasından bir neçə gün sonra bir tərəfdən Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası, digər tərəfdən Azərbaycan tərəfindən bağlanmış üçtərəfli atəşkəs sazişi. Müqaviləni 9 may 1994-cü ildə Məmmədrəfi Məmmədov (Azərbaycan tərəfdən), 10 may 1994-cü ildə Serj Sarkisyan (Ermənistan tərəfdən), 11 may 1994-cü ildə Samvel Babayan (Dağlıq Qarabağ Respublikası tərəfdən) imzalamışdır.. Müqavilənin əsas müddəası 12 may 1994-cü il saat 00:01-dən etibarən tam atəşkəsin təmin edilməsi və hərbi əməliyyatların dayandırılması idi. Heç bir strateji əhəmiyyət kəsb etməyən müntəzəm toqquşmalara və qarşılıqlı atəşə baxmayaraq, 2016-cı ilin aprelində vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsinə qədər, ümumiyyətlə, atəşkəsə əməl olunmuşdur. 2020-ci ildə münaqişə zonasında İkinci Qarabağ müharibəsi başlamışdır və noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli bəyannamənin imzalanması ilə başa çatmışdır. == İstinadlar == == Xarici keçidlər == Сайт Казимирова В. М., руководителя посреднической миссии России, полномочного представителя Президента Российской Федерации по Нагорному Карабаху, и сопредседатели Минской группы ОБСЕ от России Полный текст Бишкекского протокола на сайте Владимира Казимирова 25 лет принуждения Азербайджана к миру.
Bolhovitinov 11 Dekabr 1915 Tarixli Rəsmi Erməni Hesabatı (kitab)
Hüquqşünas Məmməd Pərinçəyin rus-Sovet dövlət arxivlərində etdiyi uzun işləri nəticəsində hazırladığı, dünyada ilk dəfə Türkcə olaraq nəşr olunan bu kitab, I Dünya Müharibəsi illərində Rusiyanın Qafqaz Orduları Qərargah Başçısı olan Tuğgeneral L. M. Bolhovitinovun hesabatının tərcüməsidir. Türk tezisinə yaxın dayanan bu hesabat tərcüməsinin əhəmiyyəti, üst səviyyə vəzifəli Rus komandirinin qaynaqlıq və bəzən şahidlik etməsi, daha əhəmiyyətlisi hesabat ən üst səviyyə Çar mövqelərinə istiqamətli yazılmış olduğundan etibarlı tapılmasıdır. Osmanlı ilə döyüş halında olan Rusiyanın bir generalının, həm Türk cəbhə gerisindəki, həm Rus Ordusu yanında iştirak edən Ermənilər əleyhinə bu qədər məlumat təqdim etməsi hesabatı diqqət çəkici edir. == General Bolhovitinovun Hesabatının Nəticələri == 1. Erməni məsələsi 19. əsrdə çıxarılmışdır və Ermənilərin həyat şərtləri Türklər və Kürdlərə görə çox daha yaxşıdır. 2. Erməni məsələsi, süni olaraq İngilislər tərəfindən çıxarılmışdır. Beləcə Türkiyə ilə Rusiyanın axtarsının açılaraq rus-Türk ittifaqı önlənmək istənmişdir. Osmanlının zəifləməsindən sonra isə müstəqil bir Ermənistan ilə Türkiyə və Rusiya arasında bir tampon ölkə hədəflənmişdir.
Paris Sülh Konfransı Ali Şurasının 1920-ci il 19 yanvar tarixli qərarı
Paris Sülh Konfransı Ali Şurasının 1920-ci il 19 yanvar tarixli qərarı — müttəfiq dövlətlərin Cənubi Qafqaz respublikalarına hərbi yardım göstərmək barədə qərarı. 1919-cu ilin sonu - 1920-ci ilin əvvəllərində sovet Rusiyasının hərbi uğurları nəticəsində Denikin qüvvələri darmadağın edilmişdi. Qırmızı ordu hissələri Şimali Qafqaz ərazisinə soxularaq, sürətlə Cənubi Qafqazdakı müstəqil dövlətlərin sərhədlərinə yaxınlaşırdı. "Dünya inqilabı" şüarını xarici siyasət fəaliyyətinin əsas prinsipinə çevirmiş sovet Rusiyası 1920-ci ilin əvvəllərindon başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinə diplomatik təzyiqləri daha da artırmışdı. Yeni yaranmış digər gənc dövlətlər kimi, Azərbaycan Xalq Cümhuriyyətinin də bolşevik təhlükəsinə qarşı təkbaşına mübarizə aparması qeyri-mümkün idi. Əlimərdan bəy Topçubaşovun baçşılığı ilə Paris sülh konfransında (1919-20) iştirak edən nümayəndə heyəti böyük dövlətlərdən Azərbaycan Xalq Cümhuriyyətinə dərhal hərbi yardım göstərilməsini xahiş etmişdi. Böyük dövlətlərin başçıları aydın dərk edirdilər ki, sovet Rusiyasının təcavüzü təhlükəsi qarşısında Azərbaycanın və Gürcüstanın diplomatik baxımdan tanınması hələ kifayət deyildir. Bolşevizmin Yaxın və Orta şərq ölkələrinə yayılmasının qarşısını almaq üçün, Azərbaycan və Gürcüstana hərbi yardım göstərilməsi böyük dövlətlərin də maraqlarına cavab verirdi. Beləliklə, 1920-ci il yanvarın 15-də Versalda toplanmış hərbi eskpertlər şurası Azərbaycana və Gürcüstana hərbi yardım göstərilməsi məsələsini müzakirə etdi. Məsələnin ciddiliyini nəzərə alan B.Britaniya özünün yüksək rütbəli hərbçilərini - hərbi nazir U.Çörçilli, imperiya baş qərargahının rəisi feldmarşal H.Vilsonu, admirallığın birinci lordu U.Lonqu, admiral lord Bittini və b.

Значение слова в других словарях