tasma
tasmanlar
OBASTAN VİKİ
Abel Tasman
Abel Tasman (ing. Abel Janszoon Tasman) - Avstraliya və Okeaniya ərazilərini tam dövrə vurmuş və Yeni Zelandiyaya gəlmiş ilk avropalı səyyah. Abel Tasman Yeni Zelandiyanı 1642-ci ilin 15 aprel tarixində kəşf etmişdir. Avstraliyanın cənubunda yerləşən Tasmaniya adası, Tasmaniya dənizi, səyyahın şərəfinə adlandırılmışdır.
Tasman Torpağı
Tasman Torpağı (ing. Tasman Peninsula) — Qərbi Avstraliyanın şimal hissəsindəki, Avstraliya materikinin çıxıntı hissəsidir. Tasman Torpağı Kinq və Kembric körfəzləri arasındakı Kimberli yaylaları, Antrim vulkanik yaylası və Fisroy çayı ovalığını özündə birləşdirən sahil zolağını əhatə edir. Ərazinin adı hollandiyalı tədqiqatçı Abel Tasmanın şərəfinə verilmişdir.
Tasman dənizi
Tasman dənizi – Avstraliya və Okeaniyada yerləşir. Sakit okeana çıxışı vardır. Tasmaniya dənizi Avstraliya və Yeni Zelandiyanın arasında yerləşir. Dəniz məşhur holland səyyah Abel Tasmanın şərəfinə adlandırılmışdır.
Tasman yarımadası
Tasman yarımadası ing. Tasman Peninsula - Tasmaniya adasının bir hissəsini təşkil edir. Yarımada Abel Tasmanın şərəfinə adlandırılıb. Tasman yarımadasını adadan iki bərzəx birləşdirir. Qabarma və çəkilmə nəticəsində onlardan biri tədricən boğaza çevrilir. Bərzəxin eni 30 - 40 metr təşkil edir. Ərazidə Port Artur şəhəri yerləşir. Yarımadanın cənub-şərqində Tasman milli parkı vardır. Oradan cənub-şərqdə məşhur Tasman adası yerləşir.
Aspasmogaster tasmaniensis
Aspasmogaster tasmaniensis (lat. Aspasmogaster tasmaniensis) — aspasmogaster cinsinə aid balıq növü.
Erigeron tasmanicus
Erigeron tasmanicus (lat. Erigeron tasmanicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Senecio tasmanicus
Senecio tasmanicus (lat. Senecio tasmanicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Tasmaniya
Tasmaniya (ing. Tasmania) — Avstraliya İttifaqında əyalət, Avstraliya materikindən 240 km cənubda, Bass körfəzi ilə materikdən ayrılan eyni adlı adada yerləşir. İnzibati ərazi bölgüsünə yaxın adalar (Kinq, Flinders və s.) və ayrıca Makkuori adaları daxildir. Əhalisi 495 354 nəfərdir (2011). Mərkəzi və ən böyük şəhəri Xobart şəhəridir. Digər iri şəhərləri Lonseston, Devonport və Berni şəhərləridir. == Etimologiyası == Tasmaniya adası 1642-ci ildə Abel Tasman tərəfindən kəşf olunmuş, yeni torpaqlar axtarışı məqsədilə ekspedisiya təşkil edən Vest-Hind Hollandiya müstəmləkəsinin general-qubernatoru Antoni van Dimenin şərəfinə Vandimen torpağı adlandırılmışdır. XIX əsrin ortalarında (1 yanvar 1856-cı ildə) hollandiya dəniz səyyahının şərəfinə Tasmaniya adlandırılmışdır. == Mənbə == Тасмания // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Tasmaniya adası
Tasmaniya canavarı
Kisəli və ya Tasmaniya canavarı, və ya Tilasin (Thylacinus cynocephalus) — nəsli kəsilmiş heyvan, kisəli canavarların yeganə növü. İlk dəfə London Linnev cəmiyyətinin elmi əsərlərində 1808-ci ildə həvəskar naturalist harrison tərəfindən təsvir edilib. Elmi adının tərcüməsi «it başlı kisəli» deməkdir. == Thylacinus cynocephalus-un qalereyası == == Mənbə == Биологи оживили в мышах ДНК сумчатых волков!
Tasmaniya dənizi
Tasman dənizi – Avstraliya və Okeaniyada yerləşir. Sakit okeana çıxışı vardır. Tasmaniya dənizi Avstraliya və Yeni Zelandiyanın arasında yerləşir. Dəniz məşhur holland səyyah Abel Tasmanın şərəfinə adlandırılmışdır.
Tasmaniya iblisi
Kisəli iblis və ya Tasmaniya iblisi (yun. Sarcophilus harrisii) — Yırtıcı kisəlilər dəstəsinə, Sarcophilus cinsinə aid olan yeganə məməli növü. Qara rəngi, iri ağızlı iti dişləri, dəhşətli gecə qışqırtıları və şiddətli aqressiv xarakteri onui görən ilk avropalıların onu "iblis" adlanmdırmışlar. Daxil olduğu cinsin adı "Sarcophilus", q.yun. σάρξ — ət və q.yun. φιλέω — sevmək sözlərinin birləşməsindən əmələ gəlir. Filogenetik analizlə müəyyən etmişdir ki, Tasmaniya iblislərinin ən yaxın qohumu Kvolldur. Nisbətən uzaq qohumu isə Tasmaniya canavarıdır. == Xarici görkəmi == Tasmaniya iblisi müasir dünyanın kisəli ən böyük yırtıcı məməlisidir. Ölçülərinə görə elə də böyük olmayan köpəyi xatırlatsa da, çəki və bədən quruluşundan kiçik ayını xatırladır.
Tasmaniya alabayquşu
Tasmaniya alabayquşu (lat. Tyto castanops) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.