Tati Qabriel
Tatiana Qabriel Hobson (ing. Tatiana Gabrielle Hobson; 25 yanvar 1996, San-Fransisko, Kaliforniya) — ABŞ aktrisası. Əsasən Tati Qabriel olaraq tanınır.
Tati Qabriel 25 yanvar 1996-cı ildə Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olmuşdur. Atası qara, anası isə qara və koreyalıdır. Övladlığa götürüldüyü ailəsi Cənubi Koreyada yaşayan qara amerikalı ailədir.
Qabriel 3 yaşında modelliyə başlamışdır. 5 yaşında isə Macy's və Nordstorm mağazaları üçün modellik etmişdir.