taxtabaşı

taxtabaşı
taxta-yonqar
taxtabənd
OBASTAN VİKİ
Taxtabaşı
Taxtabaşı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Taxtabaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Taxtabaşı kəndi Başlıbel kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Taxtabaşı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. Yaşayış məntəqəsini 1935-ci ildə həmin rayonun Xallanlı kəndindən çixmiş ailələr salmışlar. Kənd Taxta düzünün (keçmiş Ağdərə rayonu ərazisindədir) baş tərəfində yerləşdiyinə görə belə adlanır. Taxta burada "dağlıq yerdə, yüksəklikdə düz yer", baş isə coğrafi termin olub, burada "üst tərəf, yuxarı tərəf" mənasındadır. Kəndin adı yerli əhali arasında bəzən Xallanlı Taxtabaşısı da adlanır. Kənd dağətəyi ərazidə yerləşir. Sünbüllü yurd, Gülnazoğlu yurdu, Qərvənd yurdu, Hacı Pənahın yurdu, Buzxana yurdu, Boğaz yurdu, Gicitkanlı yurd, Çala yurd, Şurabad yurdu, Çullu yurd, Solaxayıçala yurdu, Köhnə binələr yurdu, Mahmudun yurdu, Ləzgi yurdu, Məndilin yurdu, Səlim bəyin yurdu.