Telegraph Group
"Telegraph Media Group Limited" ("TMG"; əvvəllər "Telegraph Group") — Birləşmiş Krallıq şirkəti. Şirkət "The Daily Telegraph" və "The Sunday Telegraph" qəzetlərinin sahibidir. Devid və Frederik Barkley aylarla davam edən gərgin tender və məhkəmə çəkişmələrindən sonra şirkəti 30 iyul 2004-cü ildə ABŞ biznesmeni Konrad Blekin nəzarətində olan "Hollinger Inc." şirkətindən satın almışdır.r.
2015-ci ildə "TMG" 51 milyon funt-sterlinq əməliyyat mənfəəti əldə etmişdir. "The Guardian"a sızan yoxlanılmamış hesablara görə, vergidən əvvəl mənfəət 47 milyon funt sterlinq, 3 yanvar 2016-cı il tarixinədək 53 həftə ərzində dövriyyə isə 319 milyon funt sterlinq olmmuşdur. Əgər bu rəqəmlər doğrudursa, deməli, hər iki hesab üzrə 2014-cü il göstəricilərinə nisbətdə artım yaşanmışdır.