Termoelektrik materiallar
Termoelektrik materiallar — Termoelektrik materiallar termoelektrik xassələrə malik olan və müasir sənayedə bu və ya digər dərəcədə tətbiq olunan metal ərintiləri və ya kimyəvi birləşmələrdir.
== Tətbiqi ==
Termoelektrik materialların üç əsas tətbiq sahəsi vardır
istiliyin elektrik enerjisinə çevrilməsi ( termoelektrik genereator)
termoelektrik soyutma
temperaturun ölçülməsi ( mütləq sıfırdan min dərəcəyədək).
Termoelektrik xassələrə metallar və onların birləşmələri – oksidlər , sulfidlər , selenidlər, telluridlər, fosfidlər, karbidlər və digərləri malikdirlər. Termoelektrik xassələr habelə metal ərintilərində , metal birləşmələrinin ərintilərində və inetermetal birləşmələrində aşkar edilmişdir.
== Növləri ==
Termo - EHQ ( mkV/K ) –in böyüklüyündən, ərimə temperaturundan , istilik və elektrik keçiriciliyindən , mexaniki xarakteristikasından asılı olaraq , termoelektrik materiallar aşağıdakılara bölünürlər:
Pirometriyada temperaturun ölçülməsi üçün materiallar.
Termoelektrik generatorlar üçün materiallar.
Termoelektrik soyuducular üçün materaiallar.