Termokimya
Termokimya - fiziki-kimyanın başlıca sahələrindən biri olub, kimyəvi reaksiyalar və ya fiziki çevrilmələrlə əlaqəli istilik enerjisinin öyrənilməsidir. Bir reaksiya enerjini sərbəst buraxa bilər və ya absorbe edə bilər.
Termokimyəvi rəqəmlər nəzəri və tətbiqi kimyanın bir çox vacib məsələlərinin həllində əsas rol oynayır. Məsələn, bu rəqəmlərdən istifadə edilməklə sənaye əhəmiyyətli müxtəlif kimyəvi proseslərin texnoloji məsələləri (istilik balansı, prosesin optimal rejiminin hesablanması və s.) həll edilir. termokimyəvi rəqəmlərdən həmçinin atomlar və molekullararası rabitə enerjisinin hesablanması, birləşmələrin reaksiya qabiliyyətinin və kimyəvi proseslərin getmə istiqamətinin əvvəlcədən müəyyən edilməsi kimi mühüm problemlərin həllində istifadə olunur. Termokimyəvi rəqəmlərin vasitəsilə müəyyən edilən müasir dövrün vacib praktiki məsələlərindən biri də müxtəlif növ təbii və süni yanacaqların istilik törətmə qabiliyyətinin təyin edilməsidir.
Endotermik reaksiyalar istiliyi udur, ekzotermik reaksiyalar istiliyi verir . Termokimya termodinamika anlayışlarını kimyəvi bağ şəklində enerji anlayışı ilə birləşdirir. Bu mövzuya istilik tutumu, yanma istisi, əmələ gəlmə istiliyi, entalpiya, entropiya, sərbəst enerji və kalori kimi miqdarların hesablamaları daxildir.
Termokimya iki ümumiləşdirməyə əsaslanır [1].