TETİS

(Thetis, qədim yunanların dəniz ilahəsi Fetidanın adından) Kembriyə qədərki dövrün sonu-Paleozoyun əvvəllərində Lavraziya və Qondvana materikləri arasında əmələ gəlmiş, enlik istiqamətində uzanan qədim və geniş dəniz hövzələri sistemi. Şimaldan və cənubdan qədim platformanın (Şərqi Avropa, AfrikaƏrəbistan, Sibir, Hindistan və b.) hissələri ilə əhatələnmişdir. T. Atlantik okeanından Sakit okeana qədər uzanmışdır. Mezozoyda və Kaynozoyun başlanğıcında aydın təzahür olunmuşdur. T. yerində Alp-Himalay dağlıq qurşağının yüksək silsilələri yaranmışdır və hesab edilir ki, Aralıq, Qara, Xəzər dənizləri, İran körfəzi və Malay arxipelaqı dənizləri, Tetisin qalıqlarıdır. Р–Тетис Thetys
TERRİGEN ÇÖKÜNTÜLƏR
TƏBİƏT ABİDƏLƏRİ
OBASTAN VİKİ
Tetis okeanı
Tetis (yun. Θέτις, ing. Thetis) — qədim okean olaraq Mezozoy erası dövründə mövcud olmuş, Qondvana və Lavrasiya kimi materiklərin arasında yerləşmişdir. Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi və Aral gölü bu okeanın qalıqlarıdır. Avropanın hündür nöqtələri Alp, Karpat dağlarında və Asiyanın Himalay dağlarının zirvələrində dəniz canlılarının qalıqları aşkarlanır. Bu isə onu deməyə əsas verir ki, bu ərazilər tarixən suyun altında olmuşdur. Bunu əsas gətirən Zyoss Eduard 1893-ci ildə bu qədim okeanı Tetis adlandırmışdır. Bu ad yunan ilahəsinin adıdır. Bəzən isə bu okeanı Sarmat dənizi və ya Ponti dənizi adlandırılır. Tetis okeanı milyard il önçə Qondvana və Lavraziya qitələrinin arasında meydana gəlmişdir.

Значение слова в других словарях