Texnogenez
Texnogenez (yun. Techne — incəsənət) – təbii mühiti dəyişərək süni (texnogen) təbiət yaradan insanın qlobal texniki fəaliyyəti. Bunun nəticəsində relyefin texniki formaları (kurqan və terrikonlar, xəndək və daş, qum karxanaları, bəndlər), texnogen landşaftlar (şəhər, sənaye, kənd təsər.), texnogen səhralar və akvatoriyalar, həmçinin süni bitki sortları və heyvan cinsləri əmələ gəlir. Texnogenez məqsədyönlü aparılaraq bəşəriyyətin həyat şəraitini yaxşılaşdırmaq üçün yerinə yetirilir. Lakin qabaqcadan görünməyən və arzu olunmaz nəticələri təbiətə böyük ziyan vurur, bir çox bitki və heyvan növlərinin məhv olmasına, landşaftın kasatlaşmasına, geniş ərazilərin səhralaşmasına, – həyat mühitinin kasatlaşması, çirklənməsi və dağılmasına səbəb olur. Planetdə texnika artdıqca həyat azalır. XX əsrdə Texnogenez genişlənərək yerətrafı kosmosa çataraq, nəinki planetar, həm də kosmik hadisəyə çevrilmişdir. Texnogenezin təsiri nəticəsində yeni-texnosfer formalaşır
1. Fersmana görə, yer qabığının yuxarı hissələrində insanın texnogen fəaliyyəti ilə əlaqədar təzahür edən mineraloji və geokimyəvi proseslər. Texnogenez insanın təsərrüfat-texnogen fəaliyyətinin rəngarəngliyi və müxtəlif istiqamətli olmasını nəzərə almaqla, bu fəaliyyətin təsiri altında yer qabığının yuxarı hissəsində baş verən bütün geokimyəvi, mineraloji, hidrogeoloji, mühəndisi-geoloji və i.a.