THIEF

n oğru; gang of thieves oğru dəstəsi, banda;

◊ to set a ~ to catch a ~ oğrunu tutmağı oğruya tapşırmaq; ≅ qoyunu qurda tapşırmaq

THICKSET
THIEVE
OBASTAN VİKİ
Big Thief
Big Thief — Nyu-Yorkun Bruklin borosunda qurulmuş indi-folk musiqi qrupu. Qrupun üzvləri Adrianna Lenker, Bak Mik, Maks Oleartçik və Ceyms Krivçeniadır. Qrupun ilk albomu olan "Masterpiece" 2016-cı ildə Saddle Creek Records tərəfindən buraxılıb. Onların ikinci albomu "Capacity" bundan bir il sonra, 2017-ci ildə yayımlanıb. Big Thief 2019-cu ildə 4AD musiqi şirkəti ilə müqavilə bağlayıb. Həmin il onlar iki yeni albom təqdim ediblər, mayda "U.F.O.F." və oktyabrda "Two Hands" adlı albom. Bu albomların hər ikisi 2020-ci ildə baş tutan 62-ci "Qremmi" mükafatlarında "Ən yaxşı alternativ alboma görə Qremmi mükafatı"na namizəd göstərilib. Növbəti il, 2021-ci ildə onların "Not" mahnısı "Ən yaxşı rok mahnısına görə Qremmi" mükafatına və "Ən yaxşı rok performansına görə Qremmi" mükafatına namizəd göstərilmişdir. Qrupun beşinci studiya albomu "Dragon New Warm Mountain I Believe in You" 2022-ci ilin fevralında işıq üzü görüb. Bu albom Hollandiya çartlarında ilk onluğa daxil olmuş və Qremmi 2023-də "Ən yaxşı alternativ musiqi albomu" mükafatına namizədlik əldə etmişdir.
Uncharted 4: A Thief’s End
Uncharted 4: Bir Oğrunun Sonu, Naughty Dog tərəfindən yaradılan və Sony Computer Entertainment tərəfindən PlayStation 4 videooyun konsolu üçün nəşr olunan bir döyüş-macəra videooyunudur. Oyun 10 May 2016-cı ildə dünyada satışa çıxarıldı. Uncharted 3: Drake’s Deception-in dəvamı olan Neytan Dreyk'in rol oynadığı Uncharted seriyasının son oyunudur və Naughty Dog'un yaratdığı seriyanın son oyunudur. Drake's Deception hadisələrindən bir neçə il sonra, Bir Oğrunun Sonu, tale ovçuluğundan uzaqlaşan qəhrəmanı, Neytan Dreyk'i izləyir. Qardaşını qurtarmaq üçün Kapitan Henri Eyveri'nin uzun müddətdir itmiş xəzinəsinin yerini tapmaq üçün, böyük qardaşı Sem və uzun müddətdir birlikdə olan ortağı Sali ilə yenidən bir araya gəlir. Buraxılışının ardından Uncharted 4: Oğrunun Sonu, çox bəyənildi və videooyunları jurnalistləri tərəfindən 2016-ci ilin ən yaxşı videooyunlarından biri olaraq görüldü. Jurnalistlər, oyunu Uncharted seriyasına uyğun bir son olaraq gördülər. Oyun povestinə, romantik dərinliyinə, vizual keyfiyyətinə, Multioyunçu və inkişaf etdirilmiş oyun mexanikasına görə əvvəlki oyunlarla müqayisədə inkişaf etdirilmişdi. Uncharted 4: Bir Oğrunun Sonu, İlin Oyunu, Ən Yaxşı Aksiyon-Macəra Oyunu kimi bir sıra mükafatlara nail olmuşdur. Oyun ilk həftəsində 2,7 milyon kopiya satdı və PlayStation 4'dəki ən çox satan videooyunlarının yanında seriyanın ən sürətli satan oyunu oldu.