THUG

n 1. quldur, qatil; 2. amer. evyaran oğru; talançı

THUD
THUGGEE
OBASTAN VİKİ
Young thug
Jeffery Lamar Williams və ya səhnə adı ilə Young Thug (16 avqust 1991, Atlanta) — Amerikalı repçi, müğənni və söz yazıçısı. Fərqli vokal tərzi və obrazı ilə tanınan repçi Birdman və Gucci Mane ilə etdiyi birgə işlərlə diqqət çəkdi. Musiqi həyatına 2011-ci ildə mixtape albomları ilə başlamışdır. 2013-cü ildə Gucci Mane'nin 1017 Records şirkəti ilə müqavilə imzalayıb 1017 Thug mixtape adlı albomunu yayımlayır və bu karyerası üçün uğurlu olur. 2014-cü ildə yayımladığı single trackləri "Stoner" və "Danny Glover" ilə diqqət çəkən repçi bundan sonra isə "About The Money", "Hookah" və "Lifestyle" adlı single tracklərini yayımladı. 2015-ci ildə Barter 6 və Slime Season'un iki versiyasını təqdim edən sənətçi 2016-cı ildə I'm Up, Slimes Season 3 və Jeffery albomlarını yayımlayır. 2018-ci ildə yayımladığı albom Slime Language ilə öz şirkəti olan YSL Records'u qurur və digər rapçilər'lə müqavilələr imzalayır. Pop müğənnisi Camila Cabellonun 2017 hit mahnısında duet ifası ilə Bilboard Hot 100-də 1-ci yeri tutur. 61-ci Grammy mükafatında ilin mahnısı olaraq namizəd göstərilən "This Is America" mahnısında söz yazarı olaraq Donald Glover və Ludwid Göransson ilə namizəd olmuşdur. 2019-cu ilin Mayında J. Cole və Travis Scott ilə duet etdiyi "The London" mahnısı repçinin ikinci Billboard uğuru olaraq 12-ci yeri tutmuşdur.
Bone Thugs-N-Harmony
ABŞ-nin Ohayo ştatının Klivland (Cleveland) şəhərindən olan rep qrupu. Onlar harmoniyalı və sürətli deyiliş tərzinə görə digərlərindən fərqlənirlər. Rep tarixində ən çox albomu satılan qrupdur. Dünya üzrə 35 milyon albomları satılıb. Onlar həmçinin ən yaxşı rep çıxışına görə Grammy mükafatı alıblar. Qrup dağılandan sonra, 2004-ci ildə qrupun 3 üzvü, Krayzie, Layzie, Wish yenidən birləşdi. Bizzy Bone qrupdan ayrı solo karyerasını davam edir, Flesh-N-Bone isə hal-hazırda 11 illik həbsdədir. Onlardan 3-ü, Layzie Bone və Flesh-N-Bone müsəlmandır. Bizzy Bone isə bu yaxınlarda İslam dinini qəbul edib.