TİCANİLƏR

sufi qardaşlığıdır. Onun yaranması Əhməd Ticaninin (1150/1737 – 1212/1815) fəaliyyəti ilə bağlıdır. Əlcəzairin cənubunda doğulmuş, dini elmləri öyrənmiş, bir-neçə sufi təriqətləri ilə, xüsusən də xəlvətiliklə maraqlanmışdır. Sonra ticanilərə görə o, Məhəmməd peyğəmbərdən rabitə vasitəsi ilə öz təriqətinin yaratması buyruğunu almışdır. Bundan sonra Əhməd Ticani Əlcəzairin bəzi bölgələrində öz təriqətini təbliğ etmişdir. Daha sonra dəvətini genişləndirmək üçün Mərakeşə gedib həyatının sonuna qədər orada yaşamışdır. Mərakeşdə onu sultan Mülay Süleyman dəstəkləmişdir. Əhməd Ticani ardıcıllarının mənəvi inkişafının həyata keçirilməsi üçün çox sadə rituallar tətbiq etmiş, onları tərkidünyalığa, xəlvətə çəkilməyə çağırmamış, səssiz deyilən zikrlərə üstünlük vermişdir. O, müqəddəs yerlərin və məzarların ziyarət edilməsini yolverilməz hesab edirdi. Ticani, özünü “qütblərin qütbü” adlandıraraq, bu adı Allahla insan arasında bir vasitəçi mənasında başa düşürdü, özünün günahsız olduğunu bəyan etmişdir. Ardıcıllarına tövsiyə etdiyi buruqları birbaşa Məhəmməd peyğəmbərin özündən aldığını iddia etmişdir. Bu da müsəlmanların etirazlarına gətirib çıxarmışdır. Bundan başqa Əhməd Ticani ardıcıllarına başqa təriqətlərin şeyxlərinin bərəkətlərinin alınmasını, onlara bağlanmağı qadağan etmişdir. Bunun qarşılığında o, qiyamət gününü ardıcılları üçün şəfaətçi olacağını da vəd etmişdir. Ticanilər təlimlərini Əlcəzair, Tunis, Mavritaniya, Mərkəzi və Qərbi Afrikada yaymış, bu yerlərdə onlar fransız müstəmləkəçiliyinə qarşı mübarizə aparmışdırlar. Ticanilər birliklərini qoruyub saxlaya bilməmiş, çoxlu təriqətlərə bölünmüşdürlər.
TƏZİYYƏ
TİMAR