TİMOKRATİYA

(yunan timo-qiymətləri, dəyərləri, şərəf və kratos-hakimiyyət) - oliqarxiyanın xüsusi forması, harada ki, dövlət hakimiyyəti yüksək mülki senzə malik olan imtiyazlı çoxluğun əllərində cəmləşdiyi vəziyyətə, qədim təlimlər - T. adlandırırdı. Aristotelə (Ərəstuna) görə, T. - vətəndaşlara, onların mülklərinin həcminə, ölçüsünə görə siyasi hüquqlar verən dövlət quruluşudur. T.-bu, vətəndaşların mülki senzinə (vəziyyətinə) müvafiq olaraq, onlar arasında ayrıseçkilik təcrübəsidir, harada ki, onlara (vətəndaşlara), pul ödənişləri həcminə, hərbi müvəffəqiyyətə (o cümlədən: ordu üçün lazım olan at miqdarının saxlanması imkanı qədər) və buna müvafiq olaraq verilən siyasi hüquqlardır. T.-nın bariz nümunəsi (e.ə. VI əsrdə) Afinada, Solomonun islahatları nəticəsində ərsəyə gəlmiş - dövlət quruluşu, harada ki, onlara (islahatlara) müvafiq olaraq Afina vətəndaşları torpaqdan gələn gəlirə uyğun olaraq “dərəcələrə” bölünmüşdürlər. Müasir dövrdə T.-nın xalis nümunəsi qalmamışdır, lakin bəzi dövlətlərdə dövlət başçısı (Prezident) seçilməkdən ötrü, dövlətin vətəndaşlığını qəbul etməkdən ötrü insanların qarşısında müəyyən miqdarda pul vəsaitinin olması tələbi qoyulmasında - T.-nın işartıları özünü biruzə verir.
TƏTİL
TİN HAKİMİYYƏT, QARA HAKİMİYYƏT

Значение слова в других словарях