III Tiqlatpalasar
III Tiqlatpalasar (akkad. ; bilinmir – e.ə. 727) — e.ə. 745–727-ci illərdə hakimiyyətdə olmuş Assuriya çarI. O, hakimiyyəti dövründə Assuriyada islahatlar həyata keçirmiş, qonşu ölkələrə, o cümlədən Urartu dövlətinə basqınlar təşkil etmişdir.
II Sarduri onun əzəli düşmənlərindən biri idi.