topinambur

topinambur
topiks
topquyruq
OBASTAN VİKİ
Topinambur
Topinambur və ya yerarmudu — ətəni - Cənubi Amerika, mürəkkəbçiçəklilər fəsiləsindən olan, Günəbaxanda olduğu kimi,gövdələri özəklə dolu və cod tükcükləri olan bənzər çoxillik bitki; Yarpaqları sallanan, qarşı-qarşıya düzülmüş, ayaları yumurtavari, şişuclu, kənarları dişli bitki növü; Onun stolonlar üzərində əmələ gələn yumru və ya uzunsov gövdə yumrularından 2-3 metrə qədər hündürlükdə olan güclü, çox şaxələnən zoğları inkişaf edir. Diametri 6-10 sm sarı çiçəkləri olan səbət çiçək qrupuda günəbaxanın çiçək qrupuna çox bənzəyir. Gün qısa olan yerlərdə topinambur daha çox çiçəkləyir. XVII-XVIII-ci əsrlərdə bu gövdə yumrulu bitki Avropada geniş sahələrdə becərilirdi. Lakin sonradan onu kartof sıxışdırıb çıxarmışdır. Topinambur nisbətən geniş sahələri hazırda Fransada hələdə var. İqlimə və torpaga qarşı topinambur müqayisədə az tələbkardır. Becərilməsi demək olar ki, kartofda olduğu kimidir. Lakin, ondan fərqli olaraq bir dəfə əkilmiş torpaq bir neçə il məhsul yığmağa imkan verir. Həm yerüstü yaşıl hissələri, həmdə gövdə yumruları istifadə olunur.