torna-doğrama
tornaçı
OBASTAN VİKİ
Frezləmə
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Torna
Torna metalların və süni materialların kəsmə ilə hazırlanmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Torna əməliyyatı kəskilərin tətbiqi ilə torna dəzgahlarında aparılır. Başqa əməliyyatlardan fərqli olaraq burada əsas hərkəti pəstah, köməkçi hərkəti isə alət yerinə yetirir. Pəstah fırlanır, kəski isə supportun köməyi pəstah boyunca hərəkət etdirilərək veriş hərəkətini alır. Bu zaman kəskiyə verilən eninə veriş kəsmə dərinliyini yaradır, bunun nəticəsində də emal zamanı yonqar əmələ gəlir. Xüsusi hallarda alət də baş hərkətin alınmasında iştirak edir. Klassik torna əməliyyatında fırlanan səthlər emal olunmuşlar. Hal-hazırda müasir CNC idraəetmə sistemi ilə təchiz olunmuş dəzgahlar daha mürəkkəb səthlərin emalına imkan yaradırlar. Verişin istiqamətindən asılı olaraq uzununa və eninə torna əməliyyatları mövcuddur. Alətin pəstaha nisbətən vəziyyəti isə xaric və daxili yonma ilə səciyyələnir.
Torna maşınları
Torna dəzgahı
Torna maşınları — Torna hamarlama, mişarlama, qazma, yonma kimi müxtəlif əməliyyatlar aparmaq üçün iş parçası dönmə oxu ətrafında döndərək işləyən bir simmetrik obyektdir. Tornalar ağacın yonulması metal işləmə, metal iplik, termik püskürtmə, qismən parçaların kəsilməsi və şüşə işləmində istifadə olunur. == Tarixi == Torna qədim qurğudur . Qədim Misirdə istifadə olunan bir vasitə olub. Məlum olduğu kimi, miladdan öncə III əsrə aid olmuşdur. Hökumət aid əsərlərin açıq dəlilləri e.ə. 6. əsrdə tapılmışdır: Şimali İtaliyadakı Etrüsk məzarındaki taxta bir kasanın hissələri və Türkiyədə dekorativ torna ağızlı iki düz taxta qab,. Asuriya və Hindistanda da istifadə sübutları var. Torna Sənayi İnqilabı üçün çox əhəmiyyətli idi.
Yüksək sürətli frezləmə
Yüksək sürətli frezləmə (ingiliscə High Speed Milling (HSC)) metalların emalında CNC idarə olunan dəzgahlarda yerinə yetirilən kəsmə üsulu olub alətin yüksək dövrlər sayında və bir neçə dəfə böyüdülmüş verişlərdə aparılması ilə səciyyələnir. Burada yonqar qatı adi kəsmə üsullarında olduğundan dəfələrlə kiçikdir. Son illərdə maşınqayırma texnologiyasında High Speed Cutting (HSC) kimi tanınan bu emal növü kağız üzərində mövcud olan nəzəriyyədən praktikada geniş tətbiq olunan bir texnologiyaya çevrilmişdir. Hələ keçən əsrin əvvəlində, 1929-ci ildə alman alimi Salomon tərəfindən Berlin Texniki Universitetində ixtira edilmiş bu texnologiya uzun müddət bir nəzəriyyə kimi qalmışdır. Laboratoriya şəraitində aparılmış sınaqlar nəticəsində Salomon o dövrdə Teylorun kəsmə sürəti ilə alətin davamlılığı arasında mövcud olan asılılığını təkzib edən başqa bir nəticəyə gəlmişdir. Teylor nəzəriyyəsinə görə mexaniki emal zamanı kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur və qüvvə də artır. Bunun nəticəsində alətin davamlılığı aşağı düşür. Salomonun sınaqları isə başqa bir nəticə vermişdir, yəni kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur yalnız bir müddət artır, və sürətin sonrakı artımı onun azalmasına səbəb olur. Bununla Teylor nəzəriyyəsinin yalnız kiçik bir intervalda düzgün olduğu göstərildi. Salomon öz sınaqlarını müxtəlif metallar üzərində aparmışdır: polad-440 m/dəq, brünc-1600 m/dəq, mis-2850 m/dəq və alüminium-16500 m/dəq.
Ağac torna dəzgahı
Ağac torna dəzgahı — fırlanma səthinə malik ağac hissələrinin istehsalına xidmət edən dəzgah. Bu dəzgahın funksiyası öz oxu ətrafında fırlanan pəstah və onun oxuna paralel və perpendikulyar olaraq verişalabilən alətlə müəyyən olunur. Emal üçün frezləmədən fərqli olaraq fırlanmayan kəski və fasonlu alətlər tətbiq olunur. Bu məqsədlə tətbiq olunan bütün dəzgah konstruksiyaları oxşardırlar: kobud yonulmuş və çoxlu tillərə malik oduncaq yonularaq hazır məhsul alınır. Prinsipindən asılı olaraq aşağıdakı yonma dəzgahları fərqlənirlər: Adi ağac torna dəzgahı. Kəski aləti əl ilə dayağa söykəndirilərək pəstaha doğru veriş verilir. Şablon ağac torna dəzgahı. Bu dəzgahlarda dəzgahın supportunda bərkidilmiş diyircək gövdədə oturdulmuş ağacdan və ya metaldan hazırlanmış şablon boyu hərəkət edir. Şablon alətin uzununa hərəkəti zamanı onun eninə verişini idarə edir. Beləliklə, şablonun profili ağacın üzərinə köçürülür.