Trabant

der; -en, -en 1. (Leibwächter) qoruyucu, mühafizəçı; 2. astr. peyk; satelit; 3. F quyruq, müşayiət edən
Trab
Trabantenstadt
OBASTAN VİKİ
Trabant
Trabant — Almaniya Demokratik Respublikasıda istehsal edilmiş avtomobil markası. Müharibədən çıxmış ADR-in hökuməti maya dəyəri ucuz olan bir avtomobil hazırlamaq niyyətinə düşür. Mühəndislər işə girişir və avtomobillə motosikletin qarışığı olan bir mikroavtomobil meydana çıxır. 4 nəfər sərnişin tutumu olan ilk "Trabant P50" 1959-da satışa çıxarılır. Qabaq intiqallı, müstəqil asqılı, mühərriki eninə yerləşdirilmiş bu avtomobil o dövr üçün texnoloji yenilik hesab olunurdu. 1964-cü ildə satışa çıxarılan "P601" isə tarixə "Trabi" kimi düşdü. Avtomobildə hər şey qənaətə hesablanıb. Müharibədən sonra qara metal qıtlığı yaşayan ölkədə avtomobilin karkası duroplast deyilən materialdan hazırlanır. Duroplast pambıq, İpək və hətta (bəzi vaxtlarda) kağız lifləri ilə möhkəmləndirilmiş təkrar emal məhsullarından alınan sərt rezindir. Bu material qəza zamanı sərnişinləri qorumur.