Transarktik cərəyan
Transarktik cərəyan — Şimal Buzlu okeanında ən əsas dəniz cərəyanlarından biri. Buz kütlələrinin hərəkətini təmin edir. O Alyaskadan Şpitsbergen və Qrenlandiyaya qədərki məsafədə uzanır. Cərəyan ən əsası çayların fəaliyyəti nəticəsində yaranır. Onların fəaliyyətində Asiya və Alyaskanın iri çayları böyük rol oynayır. Bu axın Berinq boğazı vastəsi ilə Sakit okeandan gələn hərəkətlə qüvvətlənir. Transarktik cərəyan xüsusilə süründürmə stansiyalarının təşkili üçün istifadə olunan buzun yönəldilmiş sürüşməsini təmin edən bir mexanizmdir.
Althoff, William F. Drift Station: Arctic Outposts of Superpower Science. Potomac Books Inc. 2007, Dulles, Virginia.