TRANSQRESSİYA

/lat.transgressia-keçmə, hərəkət və ya yerdəyişmə/ tektonik hərəkətlərin təsiri altında yer qabığının çökməsi və ya Dünya okeanı səviyyəsinin qalxması nəticəsində dənizin qurunu basması. Transqressiya zamanı çöküntülərin kəsilişində /aşağıdan yuxarı/ dayaz fasiyasının dərin fasiya ilə əvəz olunması səciyyəvidir. Р–трансгрессия transgression
TRANSQRESSİV YATIM
TRANZİT ÇAY
OBASTAN VİKİ
Transqressiya
Transqressiya — yer qabığının materik hissəsinin çökməsi, qismən okean səviyyəsinin qalxması ilə dənizin quruya irəliləməsi. Dəniz transqressiyası – dəniz səviyyəsinin qalxaraq suyun qurunu basması və sahil xətlərinin daha hündür yerlərə doğru irəliləməsi ilə nəticələnən geoloji hadisədir. Transqressiya qurunun enməsi, okean dibinin qalxması və ya okean hövzəsində suyun həcminin artması nəticəsində baş verə bilər. Transqressiya (eləcə də reqressiya) orogenez (dağəmələgəlmə) kimi tektonik hərəkətlər, ciddi iqlim dəyişmələri (buzlaşma dövrü) və ya buzlaqlar əridikdən sonra izostatik hərəkətlərdən yarana bilər. Xəzər dənizinin Dördüncü dövrdə ən böyük və ən sürəkli transqressiyası Erkən Pleystosendə (Bakı əsrində) 730–460 min il əvvəl baş vermişdir. Sonrakı transqressiyalar əvvəlkilərdən öz gücünə və sürəkliliyinə görə zəif olmuşdur.

Значение слова в других словарях