Tranş
Tranche (tranch)
1) Xüsusi, ayrıca buraxılış üzrə yerləşdirilən qiymətli kağızlar, istiqrazlar seriyası; 2) Borcalan subyektə bir ödənişlə, yəni birdəfəlik təqdim edilən kredit məbləği. Bir müqavilə üzrə kredit məbləği bir neçə kredit tranşı ilə təqdim oluna bilər. Kredit məbləğinin tranşlar üzrə təqdim edilməsində başlıca məqsəd ilkin tranşların icrası səviyyəsindən asılı olaraq sonrakı ödəmələrin həyata keçirilib-keçirilməməsi ilə bağlı qərarların qəbul edilməsindən ibarətdir. Borc müqaviləsi əsasında əvvəlki tranşlar məqsədli şəkildə istifadə olunmadıqda növbəti tranşlar kreditor tərəfindən dayandırılır.