travesti

travesti (teatr.)
travers
travma
OBASTAN VİKİ
Travesti
Travesti operada, tamaşada və ya baletdə, ümumiyyətlə səhnədə əks cinsdən olan bir ifaçı tərəfindən personajın təsvirinə istinad edən teatr terminidir. Sosial səbəblərdən teatrın bir çox erkən formalarında qadın rollarını oğlanlar və ya kişilər ifa edirdilər və aktrisalar səhnələrdə qəbul olunduqdan sonra da travesti rolları bir neçə kontekstdə istifadə olunmağa davam edirdi. Bu söz fransızca "maskalanmış" mənasını verir. Mənbələrdən asılı olaraq termin travesty, travesti, və ya en travesti kimi verilə bilər. Baxmayaraq ki, 19-cu əsrin ortalarına aid fransız mənbələri bu termindən istifadə etmişlər ingilis dilində olan Oksford Xarici Terminlərin Əsas Lüğəti sonuncu terminin mənşəyini “psevdo- fransız ” kimi izah edir. Məs. Bibliothèque musicale du Théâtre de l'opéra (1876), La revue des deux mondes (1868) və 21-ci əsrə qədər bu təcrübəni davam etdiriblər. 17-ci əsrin sonlarına qədər İngiltərədə və 18-ci əsrin sonlarına qədər Papa dövlətində - Avropanın başqa yerlərində olmadığı halda - qadınları şərti olaraq kişi aktyorlar (adətən yeniyetmələr) səhnədə dreq olaraq təsvir edirdilər,lakin bu o zaman əxlaqsız hesab olunurdu. 1660-cı ildə monarxiyanın bərpası ilə qadınlar ingilis səhnəsində görünməyə başladılar amma hələ də bəzi qadın rollarını oğlanlar və gənc kişilər oynamağa davam edirdilər. Londonun Şekspirin Qlobus teatrı, orijinal Qlobus Teatrının müasir tərkibində qadın rollarında kişilərin seçilməsi təcrübəsi davam edir.