TREAT

treat1

n 1. ləzzət, kef, səfa, nəşə; It was a treat to hear the children sing Uşaqların oxuduğu mahnını dinləmək ləzzət verdi; 2. qonaq etmə, qonaqlıq; This is to be my treat, It’s my treat, The treat is on me Bu qonaqlıq mənim hesabımadır; to stand ~ qonaq etmək; 3. piknik; gəzinti, tənəzzöh; 4. d.d. həzz, məmnunluq; The roses are looking a treat Güllər adama həzz / nəşə verir

treat2

v 1. rəftar etmək, davranmaq; yanaşmaq, münasibət göstərmək; to ~ smb. badly / kindly bir kəslə pis / yaxşı rəftar etmək; to ~ smb. with kindness bir kəsə mehriban münasibət göstərmək; to ~ someone as an equal bir kəslə öz tay-tuşu kimi rəftar etmək; We were treated with respect Bizə hörmətlə yanaşdılar; 2. emal etmək; to ~ with acid turşu ilə emal etmək; 3. əlavə etmək, qarışdırmaq; The water is treated with chlorine Suya xlor əlavə edilir; 4. müalicə etmək; to ~ smb. for a cold with a newly manufactured drug bir kəsi soyuqdəymədən təzə istehsal olunmuş dərmanla müalicə etmək; 5. şərh / izafi etmək, bəhs etmək; The book treats of poetry Bu kitabda poeziyadan bəhs edilir; 6. dəvət etmək (teatra, kinoya və s.): 7. qonaq etmək; to ~ smb. to an ice-cream bir kəsi dondurmaya qonaq etmək; 8. danışıq aparmaq; to ~ for peace with the enemy düşmənlə sülh danışıqları aparmaq; 9. geol. zənginləşdirmək (filizi, mineralı)

TREASURY
TREATISE
OBASTAN VİKİ
North Atlantic Treaty Organization
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.